. Love.az

Suduq - Wikipedia - Love.az

Ana Səhifə - Suduq

Şuduq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.

Şuduq
41°15′10″ şm. e. 48°30′59″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şuduq xəritədə
Şuduq
Şuduq

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Toponimikası

redaktə

Şuduq oykonimi yerli tat dilindəki şuduq (başdan-başa şumlanmış yer, dəmyə əkin yeri, dincə qoyulmuş yer) sözündəndir. Ətraf kəndlərin əhalisi keçmişdə bu kəndi Di Şuduq (Şuduq kəndi və ya “dəmyə əkin yerindəki kənd” mənasında) adlandırırdılar. Həqiqətən də Yeddilər dağının ətəyində, güneydə yerləşən kəndin əhalisinin qədimdən əsas məşğuliyyəti taxılçılıq olmuşdur. Şuduq buğdası ətraf kəndlərin əhalisi arasında indi də məşhurdur.[1]

Coğrafiyası və iqlimi

redaktə

Şuduq kəndi Quba-Qonaqkənd yolunun sağ tərəfində, dəniz səviyyəsindən 942 metr yüksəklikdə yerləşir. İqlimi mülayim isti, rütubətlidir. Kənd hər tərəfdən meşələrlə əhatə olunub.

Əhalisi

redaktə

Kənd əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 411 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

redaktə

Əhali meyvəçilik, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olur. Burda böyük alma bağları var. Bu bağlar əsasən keçən əsrin 30-50-ci illərində salınıb. Kənddə yabanı halda fındıq ağacları da bitir.

Həmçinin bax

redaktə
  • Quba rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şuduq&oldid=7990002"
LOVE.AZ