. Love.az

Suhey Uetsuka - Wikipedia - Love.az

Ana Səhifə - Suhey Uetsuka

Şuhey Uetsuka (上塚周平, Uetsuka Şuhey?, 12 iyul 1876, Kumamoto – 6 iyul 1935) – Braziliyada yapon icmasının lideri.[1] O, "yaponların Braziliyaya immiqrasiyasının atası" hesab olunur.[1]

Şuhey Uetsuka
Doğum tarixi 12 iyul 1876(1876-07-12)
Doğum yeri
  • Kumamoto, Yaponiya
Vəfat tarixi 6 iyul 1935(1935-07-06) (58 yaşında)
Təhsili
  • Tokio Universiteti
Mükafatları 6-cı dərəcəli "Doğan günəş" ordeni (Yaponiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
San-Paulu ştatında yerləşən heykəli.

Mündəricat

  • 1 Həyatı
  • 2 Xatirəsi
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Şuhey Uetsuka 1876-cı ildə Yaponiyanın Kumamoto prefekturasında doğulmuş, Tokio Universitetində hüquq təhsili almışdır.[1] 1908-ci ildə Braziliyaya immiqrasiya edən ilk yaponlara sponsorluq edən "Kokku" kolonizasiya şirkətinin agenti olmuşdur.[2] O, Braziliyaya immiqrasiyanın ilk illərində yapon icmasına böyük dəstək göstərmiş, müstəqil fermerliyi müdafiə etmiş və bir çox yapon kənd təsərrüfatı məskəni qurmuşdur.[1] 1918-ci ildə San-Paulu ştatında Promisan koloniyasının əsasını qoymuşdur.[2]

Braziliyada yapon icmasına başçılıq etməklə yanaşı boş vaxtlarında hayku poeziyası ilə məşğul olmuşdur.[1] 1935-ci ildə ölmüş və Promisan bələdiyyə qəbiristanlığında dəfn olunmuşdur.[3]

Xatirəsi

redaktə

1978-ci ildə Braziliyaya gəlişinin 60 illiyi münasibətilə San-Paulu ştatında onun heykəli qoyulmuşdur.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan
  2. ↑ 1 2 "Shuhei Uetsuka standing in front of the monument commemorating ten years of reclamation". National Diet Library. 22 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2022.
  3. ↑ 1 2 "Associação Kumamoto lança campanha para recolocação de estátua de Shuhei Uetsuka". Nippon Ja (portuqal). 19 may 2022. 17 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2022.

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 130. ISBN 0-87011-628-2. İstifadə tarixi: 17 noyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şuhey_Uetsuka&oldid=7495003"
LOVE.AZ