Şuxov qülləsi (rus. Шуховская башня) və ya Şabolovka qülləsi (rus. Шаболовская башня) — Rusiyanın paytaxtı Moskvada yerləşən, Vladimir Şuxov tərəfindən hazırlanmış teleradio qülləsi. 160 metr hündürlüyündə olan bu diaqrid struktur Rusiya vətəndaş müharibəsi illərində — 1920–1922-ci illərdə poladdan hazırlanmışdır.
Şuxov qülləsi | |
---|---|
rus. Шуховская башня | |
![]() | |
![]() | |
55°43′01″ şm. e. 37°36′41″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər |
![]() |
Yerləşir | Moskva[1] |
Layihə müəllifi | Vladimir Şuxov |
Memar | Vladimir Şuxov |
Tikilmə tarixi | 1920—1922 |
Üslubu | Hay-tek |
Hündürlüyü | 160 m |
Material | polad |
Vəziyyəti | istifadə olunur |
Rəsmi sayt | shukhov.ru |
Rəsmi adı: Радио-Башня | |
Tipi | Memarlıq abidəsi |
İstinad nöm. | 7701271000 |
![]() |
Şuxov qülləsi hiperboloid quruluşa malik olub (hiperbolik polad torşəkilli örtük) konusşəkillidir. Qüllə diaqrid quruluşa malikdir və onun polad örtüyü küləyə davamlı olması üçündür (hündür binalar üçün əhəmiyyətli dizayn faktoru).
Orijinal plana əsasən qüllənin hündürlüyü 350 metr olmalı idi.[2] Lakin tikildiyi dörvrdə Rusiyada polad ehtiyatları az olduğundan 160 metr hündürlüyündə tikilmişdir.[2]
Şuxov qülləsi Moskvada, Kremlın bir neçə kilometr cənubunda yerləşir, amma turistlərin bura daxil olmasına icazə verilmir. Qüllə Şabolovka küçəsi, 37 ünvanında yerləşir.
2014-cü ilin əvvəllərində qüllənin Rusiya Telelviziya və Radio Yayımı üzrə Dövlət Komitəsi tərəfindən sökülməsi planlaşdırılmışdır,[3] amma daha sonra onun bərpası üçün müraciətlər olmuşdur.[4] Qüllənin qorunması üçün keçirilmiş kampaniyadan sonra 2014-cü ilin sentyabrında Moskva Şəhər Şurası qüllənin təhlükəsizliyini təmin etmək məqsədi ilə onu qorumağa aldığını açıqlamışdır.[5][6] Amma hələ də nəzərdə tutulmuş bərpa işləri üçün heç bir iş görülməyib.[6]
Şuxov qülləsinin Londonda yerləşən Elmlər muzeyinin İnformasiyalar dövrü qalereyasında bir modeli nümayiş etdirilir. Model 1:30 miqyasındadır və 2014-cü ilin oktyabrında qalereyada quraşdırılmışdır.[7]
Vikianbarda Şuxov qülləsi ilə əlaqəli mediafayllar var. |