. Love.az

Ebul Qasim Harun - Wikipedia - Love.az

Ana Səhifə - Ebul Qasim Harun

Əbül Qasim Harun ibn Əli ibn Zəfər Dəndan (Rəbib əl-dünya Vəl-din; XIII əsr) — Eldənizlər dövlətində Atabəy Özbəkin vəziri; Rəbib əl-dünya vəl-din ləqəbli elmin hamisi.[1]

Əbül Qasim Harun ibn Əli ibn Zəfər
Atabəylər dövlətinin vəziri
1210 – 1225
MonarxSultan Müzəffərəddin Özbək
Elmi fəaliyyəti
Tanınır Rəbib əl-dünya Vəl-din

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Həyatı

redaktə

1201-1125-ci illərdə Azərbaycan hakimi Atabəy Özbəkin dövründə fəaliyyət göstərmiş vəzir Əbül Qasim Harun ibn Əli ibn Zəfər Dəndan "Rəbib əl-dünya vəl-din" kimi tanınırdı. Səd əl-din Vəravininin "Mərzbannamə" əsərini ona həsr etməsi, elmin hamisi olması, "Sirat Cəlal əl-din Mənqburnu" əsərinin müəllifi Məhəmməd ən-Nəsəvinin onunla müəyyən münasibətlərinin olması mənbələrdə xatırlanır. Onun tam adı Təbrizdə əsasını qoyduğu kitabxana üçün hazırlanmış "Tərcüme-yi təfsire Təbəri" əsərinin əlyazma nüsxələrindən birində xatırlanır. Bu kitabxana barədə Vəravini Mərzbannamədə məlumat verir. Rəbib əd-din Sultan Əlaəddin Məhəmmədin (Xarəzmşah 1200-1220-ci illər) qoşunları tərəfindən əsir alınmışdır. O, Əlaəddin Məhəmməd Xarəzmşahın Fars və Özbəkdən olan Salquri atabəyi Səədlə döyüşmək üçün qərbə yürüşü vaxtı əsir götürülsə də, azad edilmişdir. Məhəmmədin oğlu Cəlaləddin Mənguberdi 1225-ci ildə Azərbaycanı işğal edərkən Rəbibəddin hakimiyyətdən getmiş, Təbrizdə öz evində mədrəsənin əsasını qoymuş və qalan həyatını dini işlərə həsr etmişdir. Hicri 624-cü ildə (miladi 1226/1227-ci ildə) o hələ həyatda idi. Minovi onun atasının Rəbib əd-dövlə vəl din İftihar-e Xorasan Əbülhəsən Əli Mustovfi olmasını ehtimal edir. Əli Mustovfinin isə öz növbəsində Nüsrətəddin Bişkinin vəziri olmasını qeyd edir.[1]

Həmçinin bax

redaktə
  • Atabəy Özbək

Xarici keçidlər

redaktə

K. A. Luther, “ABU’L-QĀSEM HĀRŪN,” Encyclopædia Iranica, I/4, p. 359

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Əbül Qasim Harun - Encylopedia Iranica". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbül_Qasim_Harun&oldid=8089113"
LOVE.AZ