. Love.az

Ebulhesen Xan Iqbali Azer - Wikipedia - Love.az

Ana Səhifə - Ebulhesen Xan Iqbali Azer
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Əbülhəsən xan Musa xan oğlu İqbali Azər (1870, Qəzvin – 5 fevral 1971, Təbriz) — Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri.

Əbülhəsən xan İqbali Azər
Əbülhəsən xan Musa xan oğlu İqbali Azər
Ümumi məlumatlar
Doğum tarixi 1870
Doğum yeri Əlvənd, Qəzvin
Vəfat tarixi 5 fevral 1971
Vəfat yeri Təbriz
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Təbrizdə yaşamış, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınmışdır. 1905–1911 illərdə İran inqilabına qoşulmuş, Səttar xan ona "İqbali Azər" adını vermişdir. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu — əta", xüsusilə, "Segah" muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşmışdır.

Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur. Seyid Şuşinski Əbülhəsən xan ilə yaxından dostluq etmiş, onun yaradıcılığından çox bəhrələnmişdir. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  • Təbriz şəhərinin başçıları

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbülhəsən_xan_İqbali_Azər&oldid=8047600"
LOVE.AZ