Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır.
Əbədi Şrek | |
---|---|
ing. Shrek Forever After | |
![]() | |
Janr | döyüş filmi, fentezi filmi[d], komediya filmi, uşaq filmi[d], fleşbək filmi[d], kino nağılı[d] |
Rejissor | Mayk Mitçel |
Ssenari müəllifləri |
Coş Klausner Darren Lemke |
Rolları səsləndirənlər |
Mayk Mayers Eddi Mörfi Kameron Diaz Antonio Banderas |
Bəstəkar | Harri Qreqson-Vilyams |
Ölkə |
![]() |
Studiya | DreamWorks Animation SKG |
Distribüsiya | DreamWorks Animation SKG |
Davametmə müddəti | 90 dəqiqə |
İl | 2010 |
Dil | ingilis dili |
Büdcə | $165 milyon |
Gəlir | $752 600 867 |
Əvvəlki | Üçüncü Şrek |
Sonrakı | Şrek 5 |
IMDb | ID0892791 |
Rəsmi saytı | |
![]() |
Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir. Burada hər şey baş-ayaqdır: divlər ovlanır, Şrek Şahzadə Fiona ilə heç qarşılaşmayıb, üstəlik köhnə dostları da onu tanımır… Şrek hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq və Əsl Məhəbbəti ilə köhnə dostlarını yenidən geri qaytarmaq üçün bir-birindən maraqlı macəralara atılır.
(ing.)