. Love.az

Edalet Vezirov - Wikipedia - Love.az

Ana Səhifə - Edalet Vezirov
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Vəzirov.

Ədalət Səfərəli oğlu Vəzirov (27 aprel 1951, Divəzər, Xızı rayonu – 5 oktyabr 2002, İstanbul) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (1998).[1]

Ədalət Vəzirov
Ümumi məlumatlar
Doğum tarixi 27 aprel 1951(1951-04-27)
Doğum yeri
  • Divəzər, Xızı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 oktyabr 2002(2002-10-05) (51 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Atası Səfərəli Vəzirov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1974-2002
Janrlar muğam, xalq mahnısı
Musiqi alətləri kamança, kamança[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Ədalət Vəzirov 27 aprel 1951-ci ildə Xızı rayonunun Dizəvər kəndində anadan olmuşdur.[2] Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000–2002-ci illərdə direktor) müəllim işləyib, bir çox tanınmış musiqiçilər yetişdirib.

O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə — ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi.

Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur.

Məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub.[3][4]

5 oktyabr 2002-ci ildə İstanbulda ürək tutmasından vəfat edib.[2] Yasamal qəbiristanlığında dəfn olunub.[5]

Qardaşı da həmçinin musiqiçidir. Azərbaycan Respublikasının xalq artisti, qarmon ifaçısı Kamil Vəzirovdur.

Həmçinin bax

redaktə
  • Ağaxan Abdullayev — Bayatı Kürd təsnifi (Firuz Əliyev — Tar, Ədalət Vəzirov — Kamança)[1]

İstinadlar

redaktə
  1. ↑ ""Əməkdar artist" fəxri adının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". E-qanun.az. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  2. ↑ 1 2 "Как Адалят Везиров воспитал всемирно известного Марка Элияху, или Неожиданная смерть в гостинице (ВИДЕО, ФОТО)". Trend.az. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  3. ↑ "Всемирно известный музыкант: Баку сыграл важную роль в моей жизни". 2019-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  4. ↑ "Мировой виртуоз на кяманче Марк Элияху из Израиля покорил азербайджанцев". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  5. ↑ "O, qəlbini kamançanın çubuğuna "yedirirmiş"". Qafqazinfo.az. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.

Xarici keçidlər

redaktə
  • Vəzirov Ədalət Səfərəli oğlu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ədalət_Vəzirov&oldid=7811162"
LOVE.AZ