Ədil Arifoğlu (1968[1], İmişli rayonu[3] – 28 iyul 2024[2]) – tədqiqatçı jurnalist[4], AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor[5] və müharibə reportyoru[6] Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı.[6]
Ədil Arifoğlu | |
---|---|
![]() | |
Doğum tarixi | 1968[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyul 2024(2024-07-28)[2] |
Dəfn yeri | |
Fəaliyyəti | jurnalist |
Tanınır | Hərbi reportyor kimi |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. İxtisasca rejissor idi.[7]
Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var. Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib.[6] 1994-cü ilin fevralında Füzulinin Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanıb.[8][9]
2024-cü il 28 iyul tarixində vəfat edib və doğulduğu İmişli rayonunda dəfn olunub.[10]