. Love.az

Edliyye Nazirliyi Naxcivan - Wikipedia - Love.az

Ana Səhifə - Edliyye Nazirliyi Naxcivan

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi — qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Muxtar Respublika ərazisində ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan Naxçınvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanıdır.[1]

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 18 yanvar 1924-cü il
Tabelik Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri
Baş qərargah Naxçıvan şəhəri
Ünvan İslam Səfərli küçəsi 1, Naxçıvan şəhəri, Azərbaycan
Rəhbərlik
Nazir (v.m.i.e.) Səfərov Hüseyn Akif oğlu
Nazir müavini-Penitensiar Xidmətin rəisi Kazımov Emin Kazım oğlu

Rəsmi saytı njustice.gov.az

Mündəricat

  • 1 Tarixi
  • 2 Fəaliyyə İstiqamətləri
  • 3 Strukturu
    • 3.1 1. Rəhbərlik
    • 3.2 2. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Aparatı
    • 3.3 3. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar
  • 4
  • 5 İstinadlar

Tarixi

redaktə

Naxçıvan Muxtar Respublikasının ərazisində ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılmışdır. Həmin qurum Xalq Ədliyyə Komissarlığı adı ilə Sovet İttifaqının mahiyyətinə xas olan sturukturu ilə 1946-cı ilə qədər fəaliyyət göstərmişdir. Azərbaycan SSR ərazisində olduğu kimi muxtar respublikada da ədliyyə sistemi dəfələrlə ləğv edilmiş, yenidən yaradılmış və səlahiyyətləri başqa orqanlara həvalə edilmişdir.[2]

1946-cı ildə Naxçıvan Ədliyyə Komissarlığı yenidən təşkil edilərək Naxçıvan Ədliyyə Nazirliyi adlandırılmışdır.

1956-cı ildə sabit fəaliyyət mexanizminə malik olmayan sovet ədliyyə sistemi yenə də tənəzzülə məruz qalması səbəbindən Nazirlik ləğv edilmiş, səlahiyyətləri digər orqanlara verilmişdir.

Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin 5 may 1971-ci il tarixli 6 nömrəli büro iclas Protokolu ilə Naxçıvan MSSR Ədliyyə Nazirliyi yenidən təsis olunmuşdur. Həmin dövrdə Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz fəaliyyətini davam etdirib.

“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 758 nömrəli Fərmanı[3] ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri, cəzaların icrası, normativ aktların dövlət qeydiyyatı, müvafiq məhkəmələrin maliyyə, maddi-texniki təminatlarının həyata keçirilməsi və digər sahələr üzrə əlavə səlahiyyətlər verildi. Əlavə və dəyişikliklərə qədər nazirlik azsaylı ştat vahidi ilə fəaliyyət göstərirdisə, həmin fərmanın qəbulundan sonra nazirliyin mərkəzi aparatının yeni strukturu təsdiq edildi, yeni şöbə və bölmələr yaradıldı. Təkcə nazirliyin aparatının ştat sayı 3 dəfədən çox artırıldı.

25 aprel 2006-cı il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22-III FR nömrəli Fərmanı[4] ilə tərəfindən “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnamənin təsdiqi ilə nazirliyin fəaliyyət istiqamətləri müəyyən edilmiş, hüquq və vəzifələri müəyyənləşdirilmişdir.

05 oktyabr 2007-ci il tarixində "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturunun təsdiq edilməsi, mərkəzi aparatının işçilərinin say həddinin müəyyən edilməsi, Nazirliyin Penitensiar Xidmətinin, Xidmətin İstintaq Təcridxanasının və Mühafizə Taburunun yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 86-III FR Fərmanı[5] ilə Nazirliyin strukturu təsdiq edilərək, tarixində ilk dəfə olaraq Penitensiar Xidmət, Penitensiar Xidmətinin İstintaq Təcridxanası və Mühafizə Taburu yaradılmışdır. Xidmətin yaradılması Naxçıvan Muxtar Respublikada cəza-icra siyasətinin həyata keçirilməsinə öz müsbət təsirini göstərmiş, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilmişdir. Məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində tədbirlər görülmüşdür. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi, İstintaq Təcridxanası, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi tikilib istifadəyə verilmişdir. Bununla belə, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikamızda istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən bu müəssisənin yaradılması insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbir kimi xüsusi əhəmiyyətə malikdir.

Muxtar respublikada ekspertiza işlərinin aparılması zamanı yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2005-ci il tarixli 180 nömrəli Qərarına[6] əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialı yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 iyul 2007-ci il tarixli 56 nömrəli Qərarı[7] ilə "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının Əsasnaməsi" təsdiq edilmişdir.

22 oktyabr 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 162-IVFR nömrəli Fərmanı[8] ilə filial əsasında Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb. Naxçınanın coğrafi şəraiti nəzərə alınaraq ekspertizaların dəqiq tədqiq olunması, maddi sübutların Bakı şəhərinə göndərilmə çətinliyinin aradan qaldırılması, araşdırma operativliyinin təmin edilməsi məqsədilə Məhkəmə Ekspertizası Mərkəzi fəaliyyətə başlayıb.

Naxçıvan Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların keçirilməsi üçün Avropa Məhkəmə Ekspertizaları Birliyinin yüksək standartlarına cavab verən müasir kriminalistik-texniki avadanlıqlar alınmış, mütəxəssislər dəvət olunaraq kurslar təşkil olunmuş və həmin kurslarda avadanlıqların işləmə prinsipi ekspertlər tərəfindən mənimsənilmişdir.

18 may 2018-ci il tarixində "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 115-V FR nömrəli Fərmanı[9] ilə Nazirliyin strukturunda dəyişiklik edilmiş, buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 may 2018-ci il tarixli 86 nömrəli Qərarı[10] ilə Nazirliyin yerli qurumlarının formalaşdırılması aparılıb, şöbə və bölmələr yaradılıb, ekspertlərin sayı artırılıb, şəxsi heyətin rütbə təsnifatı müəyyənləşib.

24 dekabr 2024-cü il tarixində "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5-VII FR nömrəli Fərmanı[11] ilə Nazırliyin yeni strukturu təsdiq edilmişdir.

Fəaliyyə İstiqamətləri

redaktə

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri[4] aşağıdakılardır:

  1. ədliyyə sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  2. ədliyyə sahəsinin inkişafını təmin edir;
  3. hüquq-mühafizə fəaliyyətini həyata keçirir;
  4. qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir;
  5. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrini aparır, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirir;
  6. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;
  7. notariat fəaliyyətini təşkil edir;
  8. qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestrini aparır;
  9. sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrini aparır;
  10. Naxçıvan Muxtar Respublikası əhalisinin dövlət reyestrinin aparılmasını təmin edir;
  11. dəfnlərin vahid dövlət reyestrinin aparılmasında iştirak edir;
  12. qanunvericiliyə uyğun olaraq, müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
  13. məhkəmə qərarlarının icrasını təmin edir;
  14. probasiya nəzarətinin həyata keçirilməsini təmin edir;
  15. penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;
  16. bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
  17. qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;
  18. hüquq sahələrinə dair elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir;
  19. tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir;
  20. özəl məhkəmə eksperti şəhadətnaməsini verir;
  21. Məhkəmə Ekspertlərinin Reyestrini aparır;
  22. hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təşkil edir;
  23. ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təşkil edir;
  24. hüquqi maarifləndirmə işini həyata keçirir;
  25. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsini təmin edir;
  26. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Strukturu

redaktə

1. Rəhbərlik

redaktə
  1. Nazir
  2. Nazir müavini
  3. Nazir müavini - Penitensiar xidmətin rəisi

2. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Aparatı

redaktə
  1. Strateji planlaşdırma və monitorinq idarəsi
  2. İcra və probasiya xidməti (idarə səlahiyyətli)
  3. Notariat, qeydiyyat və reyestr şöbəsi
  4. Qanunvericilik şöbəsi
  5. Bələdiyyələrlə iş şöbəsi
  6. Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş şöbəsi
  7. Maliyyə və təminat şöbəsi
  8. İnsan resursları bölməsi
  9. İstintaq bölməsi
  10. Mətbuat xidməti (bölmə səlahiyyətli)

3. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar

redaktə
  1. Penitensiar Xidmət (idarə səlahiyyətli)
  2. Məhkəmə Ekspertizası Mərkəzi (idarə səlahiyyətli)
  3. Tibb Xidməti (şöbə səlahiyyətli)
  4. Yerli və digər qurumlar

01 notariat ofisi Naxçıvan regional Asan Xidmət Mərkəzində, 09 notariat ofisi isə şəhər və rayonlarda olmaqla ümumilikdə muxtar respublikada 10 notariat ofisi xüsusi qaydada fəaliyyət göstərir.

redaktə

İstinadlar

redaktə
  1. ↑ "Əsas səhifə | Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi". njustice.gov.az. İstifadə tarixi: 2025-06-04.
  2. ↑ "Ədliyyə tarixi | Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi". njustice.gov.az. İstifadə tarixi: 2025-06-04.
  3. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Fərman". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-04.
  4. ↑ 1 2 Hüquqi Aktların Dövlət Reyestri. "Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-04.
  5. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturunun təsdiq edilməsi, mərkəzi aparatının işçilərinin say həddinin müəyyən edilməsi, Nazirliyin Penitensiar Xidmətinin, Xidmətin İstintaq Təcridxanasının və Mühafizə Taburunun yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin Fərmanı". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-04.
  6. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının yaradılması haqqında Nazirlər Kabinetinin Qərarı". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-04.
  7. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının Əsasnaməsinin təsdiq edilməsi haqqında Naxçıvan Nazirlər Kabinetinin Qərarı". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-06-04.
  8. ↑ Hüquqi Aktlaırn Dövlət Reyestri. "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-04.
  9. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-04.
  10. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında Naxçıvan Nazirlər Kabinetinin Qərarı". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-04.
  11. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5-VII FR nömrəli Fərmanı". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ədliyyə_Nazirliyi_(Naxçıvan)&oldid=8161792"
LOVE.AZ