Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100[1] (2011 – ci ilin əvvəlinə 24,485,600[2]) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir.
Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb:
Orijinal mətn (rus.)Население А. в основном сосредоточено в горных долинах и оазисах. Наиболее густо населена Кабульская провинция (135 чел. на 1 км.) и Каидагарская провинция (110 чел. на 1 кмг). В высокогорных с.-в. и пустынных ю.-з. районах население чрезвычайно редкое (2-3 чел. на 1 км2). Из 10 млн. чел. населения: афганцев - ок. 5 млн., таджиков - ок. 2100 тыс., узбеков - ок. 1 млн., туркменов - ок. 380 тыс., хезарейцев - ок. 1 млн. А.- многонациональное государство. На территории А. проживают более 20 различных народностей.[3]
Etnik qrup | Alfred Yanatanın 1981-ci ildə Qratz şəhərində alman dilində nəşr edilmiş "Əfqanıstanda zərgərlik" kitabında verilən məlumatlara əsasən[4] | |
---|---|---|
Sayı, 1978-cı ilə olan qiymətləndirmə | Nisbəti, ≈ | |
Toplam | 12 000 000 | 100.00% |
Puştunlar | 4 800 000 | 40.00% |
Taciklər | 3 600 000 | 30.00% |
Özbəklər | 1 200 000 | 10.00% |
Həzaralar | 1 000 000 | 8.30% |
Aymaqlar | 500 000 | 4.20% |
Türkmənlər | 400 000 | 3.30% |
Bəluclar | 200 000 | 1.70% |
Nuristanlılar | 70 000 | 0.60% |
Paşayilər | 60 000 | 0.50% |
digərləri | 170 000 | 1.40% |
Etnik qrup | ABŞ Konqres Kitabxanasının araşdırma və analiz vahidi olan Federal Araşdırmalar Şöbəsinin Əfqanıstana aid məlumatlarına əsasən[5] | |
---|---|---|
Sayı, 2008-ci ilə olan qiymətləndirmə, ≈ | Nisbəti | |
Toplam | 32 700 000 | 100% |
Puştunlar | 13 730 000 | 42% |
Taciklər | 8 830 000 | 27% |
Özbəklər | 2 940 000 | 9% |
Həzaralar | 2 940 000 | 9% |
Aymaqlar | 1 310 000 | 4% |
Türkmənlər | 980 000 | 3% |
Bəluclar | 650 000 | 2% |
digərləri | 1 310 000 | 4% |
Etnik qruplar | Əhali içində payı (1996)[6] |
---|---|
Puştunlar | 40% |
Taciklər | 25,3% |
Həzaralar | 18% |
Özbəklər | 6,3% |
Türkmənlər | 2,5% |
Qızılbaşlar | 1% |
Digərləri | 6,9% |
Etnik qruplar | Əhali içində payı[8] |
---|---|
Puştunlar | 40,9% |
Taciklər | 37,1% |
Həzaralar | 9,2% |
Özbəklər | 9,2% |
Türkmənlər | 1,7% |
Ərəblər | 0,7% |
Bəluclar | 0,5% |
Nuristanlılar | 0,4% |
Paşayilər | 0,3% |
Aymaqlar | 0,1% |
Dillər | Əhali içində payları (%) |
---|---|
Puştunlar | 35%[9] |
Taciklər | 25%[10] |
Həzaralar | 9%[11] |
Özbəklər | 9%[12] |
Digərləri | 22% |
Millətlər | Sayları[13] | Əhali içində payı |
---|---|---|
Toplam əhali | 28,692,000 | 100% |
Puştunlar | 12,428,000 | 43,32% |
Taciklər | 7,625,000 | 26,58% |
Özbəklər | 2,750,000 | 9,58% |
Həzaralar | 2,510,000 | 8,75% |
Aymaqlar | 1,452,000[14] | 5,06% |
Türkmənlər | 609,000 | 2,12% |
Bəluclar | 353,000 | 1,23% |
Brahuilər | 244,000 | 0,85% |
Paşayilər | 176,000 | 0,61% |
Nuristanlılar | 71,800 | 0,25% |
Digərləri | 473,200 | 1,65% |
Etnik qrup | Sayı | Nisbət |
---|---|---|
cəmi | 14 500 000 | 100% |
puştun[15] | 5 800 000 | 40% |
tacik[16] | 3 625 000 | 25% |
türkmən və özbək | 1 450 000[17] | 10%[16] |
həzara[18] | 1 000 000 | 6.9% |
Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər .