. Love.az

Efrasiyab Vekilov - Wikipedia - Love.az

Ana Səhifə - Efrasiyab Vekilov

Əfrasiyab Paşa oğlu Vəkilov (1920, Bakı – 2004) — Azərbaycan SSR əməkdar ali məktəb işçisi (1991). Görkəmli sovet türkoloqu, filoloq, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsinin dekanının müavini. Rusiyanın fəxri ali məktəb işçisi "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir. "Vətən müharibəsi" ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Leninqradın müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Səməd Vurğun və Mehdixan Vəkilovun əmisi oğludur. Yuxarı Salahlı kəndindəndir, Bakı şəhərində anadan olub.

Əfrasiyab Vəkilov
Əfrasiyab Paşa oğlu Vəkilov
Doğum tarixi 1920
Doğum yeri
  • Bakı, Bakı qəzası
Vəfat tarixi 2004
Elm sahələri filologiya, türkologiya, filoloq
İş yerləri
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d],
  • Sankt-Peterburq Dövlət Universiteti
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d] (–1952),
  • Sankt-Peterburq Dövlət Universiteti
Elmi rəhbəri Andrey Kononov
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Leninqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Əmək veteranı" medalı
Azərbaycan SSR əməkdar ali məktəb işçisi

Fəaliyyəti

redaktə

1920-ci ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.

Moskva Aviasia Məktəbində təhsilini yarımçıq qoyub, 2-ci dünya müharibəsində döyüşmüşdür. Leninqradın müdafiəsində iştirak etmişdir.

Leninqrad Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, türk filologiyası bölməsini bitirdikdən sonra orada baş müəllim, Şərqşünaslıq fakültəsində dekanın müavini vəzifəsində işləmişdir.

Türk dili üzrə iki cildlik dərs vəsaitinin müəllifidir. 1962-ci ildə A.Boldıryevlə "Azərbaycan şairləri" kitabını nəşr etdirmişdir.

Əlli illik elmi fəaliyyəti dövründə 60-dan çox elmi əsəri çap olunmuşdur.

İki qızı, bir oğlu vardır.

Mükafatları

redaktə

24 yanvar 1991-ci ildə Yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir[1].

İstinadlar

redaktə
  1. ↑ "Ə. P. Vəkilov yoldaşa "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adının verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 24 yanvar 1991-ci il tarixli, 139 nömrəli Fərmanı Arxivləşdirilib 2018-09-14 at the Wayback Machine  (az.)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əfrasiyab_Vəkilov&oldid=7405739"
LOVE.AZ