. Love.az

Ehmed Celebi - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Celebi

Əhməd Çələbi (30 oktyabr 1944[1][2], Kazımiyyə – 3 noyabr 2015[1][2], Bağdad) — İraq siyasətçisi, İraqın prezidenti (1–30 sentyabr, 2003), neft naziri (2005–2006).

Əhməd Çələbi
ərəb. أحمد الجلبي‎
Əhməd Çələbi (şəkildə ortada)
Əhməd Çələbi (şəkildə ortada)
İraq prezidenti
1 sentyabr 2003 – 30 sentyabr 2003
İraqın neft naziri
16 aprel 2005 – 1 yanvar 2006
Şəxsi məlumatlar
Doğum tarixi 30 oktyabr 1944(1944-10-30)[1][2]
Doğum yeri
  • Kazımiyyə, Bağdad, İraq krallığı
Vəfat tarixi 3 noyabr 2015(2015-11-03)[1][2] (71 yaşında)
Vəfat yeri
  • Bağdad, Bağdad mühafəzəsi, İraq
Vəfat səbəbi ürək tutması
Təhsili
  • Massaçusets Texnologiya İnstitutu,
  • Çikaqo Universiteti
Fəaliyyəti siyasətçi, iş adamı, riyaziyyatçı
Dini şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əhməd Çələbi 30 oktyabr 1944-cü ildə İraq Kadimiya şəhərində anadan olub.

Massaçusets Texnologiya İnstitutunun[3] və Çikaqo Universitetinin məzunudur.[4]

Həyatının böyük bir hissəsini Böyük Britaniya və ABŞ-də keçirmiş, bu ölkələrdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2003-cü ildə ABŞ-nin İraqa hərbi müdaxiləsinə kömək edən İraq siyasətçisi kimi tanınmışdır.[5]

Əhməd Çələbi 3 noyabr 2015-ci ildə[6] 70 yaşında ürək çatışmazlığından vəfat etmişdir.[7]

Siyasi fəaliyyəti

redaktə

Əhməd Çələbi İraq prezidenti və baş nazirin birinci müavini vəzifələrində çalışmış, İraqda və beynəlxalq siyasi arenada kifayət qədər tanınmış şəxsiyyətlərdəndir. Səddam Hüseyn dönəmində ona qarşı ən müxalif simalardan hesab olunurdu. Səddam devrildikdən sonra o, bir ay, yəni 2003-cü ilin sentyabr ayının əvvəlindən sonuna qədər İraq keçid hökumətinin prezidenti səlahiyyətini icra etmişdir.[7]

2005–2006-cı illər də İraq baş nazirnin birinci müavini, daha sonra isə İraqın neft naziri vəzifəsində çalışmışdır.[8]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Ahmad Chalabi // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 3 4 Ahmad Chalabi // Munzinger Personen (alm.).
  3. ↑ Whitfield Diffie and Susan Landau, Privacy on the Line: The Politics of Wiretapping and Encryption, MIT Press, 1998, p. 108.
  4. ↑ "Ahmad A. H. Chalabi — Mathematics Genealogy Project". 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
  5. ↑ İraq müharibəsinin əsas tərəfdarlarından biri olan Əhməd Çələbi vəfat edib Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — amerikaninsesi.org saytı
  6. ↑ "Mort d’Ahmed Chalabi, opposant irakien et instigateur de l’invasion américaine de l’Irak." Arxivləşdirilib 2021-04-15 at the Wayback Machine, Le Monde
  7. ↑ 1 2 "Əhməd Çələbi vəfat edib" (az.). karabakhmedia.az. 2015-11-03. 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
  8. ↑ "Chalabi Named Iraq Oil Minister". washingtonpost.com. 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2015.

Xarici keçidlər

redaktə
  Vikianbarda Əhməd Çələbi ilə əlaqəli mediafayllar var.
  • Ahmed Chalabi — National Cable Satellite Corporation
  • من هو أحمد الجلبي؟ — BBC Arabic – 07/04/2003.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Çələbi&oldid=7569952"
LOVE.AZ