. Love.az

Ehmed Es Suqeyri - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Es Suqeyri

Əhməd əş-Şuqeyri (ərəb. أحمد أسعد الشقيري‎), (1 yanvar 1908 – 25 fevral 1980, Amman) — O, Fələstinli siyasətçi və Fələstin Azadlıq Təşkilatının ilk prezidenti və onun yaradıcısıdır. O, həmçinin Fələstin Azadlıq Ordusu, Fələstin Araşdırma Mərkəzi və Fələstin Milli Fondu ilə əməkdaşlıq edib. Onun atası Əsəd əş-Şuqeyri şəriət hakimi və dördüncü Osmanlı ordusunun nümayəndələr şurasının üzvü və müftisi olmuşdur.

Əhməd əş-Şuqeyri
ərəb. أحمد الشقيري‎
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1908(1908-01-01)
Vəfat tarixi 25 fevral 1980(1980-02-25) (72 yaşında)
Vəfat yeri
  • Amman, İordaniya
Fəaliyyəti siyasətçi, diplomat
Dini İslam
ahmad-alshukairy.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əhməd əş-Şuqeyri ərəb millətçi hərəkatı ilə əlaqələrinin gücləndiyi Beyrut Amerika Universitetinə daxil olur və əl-Ürvətul-Vüsqa klubunun fəal üzvü olur. Lakin sözügedən universitet onu gələn il Fransanın Livanda olmasına etiraz olaraq universitetdə böyük nümayişə rəhbərlik etdiyinə görə çıxartdı. Fransa hakimiyyəti 1927-ci ildə onu Livandan qovmaq qərarına gəldi. Əhməd əl-Şəqiri Qüdsdəki Hüquq İnstitutuna qayıtdı və eyni zamanda “Şərq güzgüsü” (مرآة الشرق) qəzetinin redaktoru vəzifəsində çalışıb.

Həmçinin bax

redaktə
  • Fələstin Azadlıq Təşkilatı
  • Fələstin Dövləti
  • Altıgünlük müharibə
  • Yasir Ərəfat
  • Mahmud Abbas

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_əş-Şuqeyri&oldid=7590724"
LOVE.AZ