Əhməd Cənnəti və ya Ayətullah Əhməd Cənnəti (fars. احمد جنتی; 22 fevral 1927, İsfahan) — İranlı din xadimi, siyasətçi və hakimdir.
Əhməd Cənnəti | |
---|---|
![]() | |
Vəzifədədir | |
15 avqust 1983-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1927(1927-02-22) (98 yaş) |
Doğum yeri | İsfahan, İran |
Partiya |
|
Fəaliyyəti | axund, ilahiyyatçı, siyasətçi |
Dini | şiəlik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi, Ayətullah |
![]() |
O, Konstitusiyanın Müdafiəsi Şurası və Ekspertlər Məclisinin sədri, həmçinin də Tehranın müvəqqəti imam-cüməsidir. Xalq Mücahidləri Təşkilatının üzvü olmuş olan oğlu Hüseyn Cənnəti İran təhlükəsizlik qüvvələri tərəfindən küçə qarşıdurması nəticəsində öldürülmüşdür.[1] Digər oğlu olan Əli Cənnəti isə İrşad və Mədəniyyət Naziridir. Hakkani Mədrəsəsinin yaradıcılarından biri olan Əhməd Cənnəti 1980-ci ildən bəri Konstitusiyanın Müdafiəsi Şurasının üzvü, 1992-ci ildən bəri isə sədri vəzifəsindədir. O, eyni zamanda da Ekspertlər şurasının sədri vəzifəsini də icra edir.[2] Məhz bu səbəblərə görə də İran siyasətini formalaşdıran şəxslərdən biri hesab edilir.
Vikianbarda Əhməd Cənnəti ilə əlaqəli mediafayllar var. |