Əhmədalılar — Azərbaycan Respublikası Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.[2]
Əhmədalılar | |
---|---|
![]() | |
39°26′15″ şm. e. 47°20′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 151 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1920[1] |
Xəritəni göstər/gizlə
| |
![]() |
Muğan düzündədir. Etnotoponimdir. Kəndin ərazisində Arğalı türbəsi yerləşir.[3]
2011-ci ildə ilk dəfə olaraq kəndə təbii qaz verilmişdir.[4]
Kənddə Əhmədalılar kənd məscidi dini icması fəaliyyət göstərir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
"Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusundan 1886-cı il tarixində edilmiş ailə siyahılarından çıxarış" məlumatına görə, Yelizavetpol Quberniyasının Cəbrayıl qəzasının Ağalı kənd inzibati ərazi dairəsinin Əhməd-alılar (başqa adı Novruz-Alılar) kəndində 21 tüstü olmaqla 121 azərbaycanlı ("tatarlar" kimi göstərilib), dini etiqadına görə şiələr yaşayıb. Bütün bu əhali təhkimçi kəndlilərdən ibarət olub[5].
"Qafqaz təqvimi"nin 1912-ci il üzrə məlumatına görə, Karyagin qəzasının Əhmədalılar kəndində 205 nəfər, əsasən təqvimdə "tatarlar"kimi göstərilən azərbaycanlılar yaşayıb[6].
Sovet dövründə kənddə kolxoz fəaliyyət göstərib və həmin kolxoz Böyük Vətən Müharibəsi illərində Müdafiə Fonduna 120 kq yun ianə edib[7].
Birinci Qarabağ Müharibəsi zamanı 1993-cü ilin avqustunda hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən Əhmədalılar kəndi Ermənistan Ordusunun hərbi birləşmləri tərəfindən işğal edilərək, dağıdılıb, sakinlər isə kəndi tərk ediblər.
1994-cü ilin yanvarında qış əks-hücumu zamanı Azərbaycan Ordusu Əhmədalılar kəndində nəzarəti bərpa etməyə və sakinləri oraya qaytarmağa nail oldu[8].
Birinci Qarabağ Müharibəndoindən sonra Əhmədalılar kəndində orta məktəb bərpa edilib[9].
07.12.1999-cu il tarixli 771-IQ nömrəli Qanunla[10] təsdiq edilmiş Siyahı əsasında Füzuli rayonunun Əhmədalılar bələdiyyəsi yaradılıb[11].
Onun birinci nizanmnaməsi Bələdiyyənin 12.09.2000-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə, ikinci Nizamnaməsi 05.03.2024-cü il tarixli 06 nömrəli Protokolu ilə təsbit eidlmiş Qərarı[12] ilə təsdiq edilmiş, 28.04.2025-ci il tarixli 06 nömrəli Protokolu ilə təsbit eidlmiş Qərarı[13] ilə isə Nizamnaməsinə dəyişiklik edilərək, yeni əraziləri göstərilmişdir.
Əhmədalılar Bələdiyyəsi 2000-ci ildən “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[14] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[15] uyğun olaraq, Əhmədalılar Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
2011-ci ildə Əhmədalılar kəndi qazlaşdırılıb[16].
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[17] 18.2-ci bəndinə əsasən "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.
Vikianbarda Əhmədalılar ilə əlaqəli mediafayllar var. |