. Love.az

Elovset Agalarov - Wikipedia - Love.az

Ana Səhifə - Elovset Agalarov

Əlövsət İbrahim oğlu Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı[1].

Əlövsət Ağalarov
Şəxsi məlumatlar
Doğum tarixi 1954
Doğum yeri
  • Quzeyçirkin, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti jurnalist

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili
  • 3 Fəaliyyəti
  • 4 Kitabları
  • 5 Mükafatlar
  • 6 Ailəsi
  • 7 İstinadlar

Həyatı

redaktə

Əlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir.

Təhsili

redaktə

Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlət Nəşriyyatına redaktor vəzifəsinə təyin olunmuşdur.

Fəaliyyəti

redaktə
  • Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövlətnəşrkomunda Tərcümə Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir.
  • 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir.
  • Sonralar Baş redaktorun müavini
  • 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır.
  • 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir.
  • SSRI Jurnalistlər Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kitabları

redaktə

20-dən çox kitabı Azərbaycan dilinə tərcümə etmişdir (Turgenevin povestlerini, N. Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O. Şestinskinin hekayələrini, M. Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s.). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi.

Mükafatlar

redaktə

Ə. İ. Ağalarova "Əməkdar jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova "Əməkdar jurnalist" fəxri adı verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2018-ci il.

Ailəsi

redaktə

Evlidir, iki övladi var.

İstinadlar

redaktə
  1. ↑ Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine  (az.)

2.http://president.az/articles/26928

Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlövsət_Ağalarov&oldid=7904358"
LOVE.AZ