Əl-Məktum ailəsi (ərəb. آل مكتوم; Rom: Āl Maktūm) — Dubay əmirliyinin hakim kral ailəsi və Birləşmiş Ərəb Əmirliklərinin altı hakim ailəsindən biri. Əl-Məktum şeyxləri (1833-cü ildən) və Dubay əmirləri (1971-ci ildən indiyə kimi) Birləşmiş Ərəb Əmirliklərinin irsi baş nazirləri və vitse-prezidentləri sülaləsidir.
Əl Məktum ailəsi | |
---|---|
آل مكتوم Kral evi | |
![]() Birləşmiş Ərəb Əmirlikləri | |
![]() |
1833-cü ildə şeyx Məktum ibn Butti və Obeid ibn Səidin birgə rəhbərliyi ilə Bəni-Yas qəbiləsinin 800-ə yaxın üzvü Dubay əmirliyini ələ keçirdilər. Obeid ibn Səid 1836-cı ildə vəfat etdikdən sonra Məktum ibn Butti tək hökmdar olaraq əmirlikdə Əl-Məktum sülaləsini yaratmışdır.[1][2]
Əl-Məktum sülaləsi 1833-cü ildən Dubaya rəhbərlik edir.[3] Birləşmiş Ərəb Əmirliklərinin federasiyası Federal Ali Şuradan və yeddi əmirliyin ayrı-ayrı hökmdarlarından ibarətdir. Prezident və vitse-prezident hər beş ildən bir Ali Şura tərəfindən seçilir.[4]
Qeyri-rəsmi olsa da, prezidentlik faktiki olaraq Əbu-Dabi əmirliyində Əl Nəhyan klanına, baş nazir, vitse-prezident və müdafiə naziri isə Dubaydan olan Əl Məktum qəbiləsinə keçir.
Dubayı idarə edən Əl-Maktum ailə üzvləri:[1]