Əlaəddin məscidi (türk. Alâeddin Camii) — Türkiyənin Konya şəhərində yerləşən qədim tarixi tikili. Məscid Əlaəddin təpəsində yerləşir. Məscid həm də bir çox Konya sultanlarının dəfn yerdir.
islam | |
Əlaəddin məscidi | |
---|---|
türk. Alâeddin Camii | |
![]() | |
![]() | |
Yerləşməsi | |
Ölkə |
![]() |
Memarlıq | |
İnşa tarixi | 1150 – 1235 |
Tikdirəni |
|
Üslubu | Anadolu memarlıq məktəbi |
![]() |
Konyanın Səlcuqlular tərəfindən ələ keçirildikdən sonra Bizans arxitekturasına aid bir çox tikililər məscidə çevrilmişdir. Əlaəddin məscidi də Bizans tikilisi olmuşdur. Bu tikilidə ilk yenilənmə işləri 1150-ci ildə sultan I Maqsudun dönəmində aparılmışdır[1]. Məscidin minbəri ebendən hazırlanmışdı. Bu isə Anadolu türklərinin qədim incəsənət nümünələrindən sayılır. Bu minbər 1155-ci ildə hazırlanmışdır[2]. Kafella bəzədilmiş mehrab və mərkəzi günbəz də o dönəmə aiddir. Məsciddə bərpa və genişləndirmə işləri 1219-ci ildə I Keykavusun dönəmində yenidən aparılmışdır. Onun dönəmində şəhər və sultanların sarayına baxan monenenal fasad işlənilir. Burada mərmərdən sultanlara aid türbələr inşa edilir. Ancaq Key-Kavusun ölümü işləri yarımçıq qoymuşdur. Bu işlər yenidən I Key Qubadın dönəmində davam etdirilir. 1235-ci ilə əsas zalda 42 kolonna qurulur. Uzun zaman məsciddə təmir işləri aparılmır. 1891-ci ildə burada minarə inşa edilmişdir[3].
Bununla yanaşı Key Qubadın dönəmində burada bir türbə inşa edilmişdir. Hazırda bu tikili Adsız Türbə kimi tanınır. Burada indidə dəfn olunanların adı dəqiq məlum deyildir.