. Love.az

Elhemdulillah - Wikipedia - Love.az

Ana Səhifə - Elhemdulillah

Əlhəmdülillah (ərəb. الحَمْد لله‎) — qısaca Tahmid[1] olaraq bilinən və Şükür Allahadır, Allaha şükürlər olsun anlamında işlədilən söz. Ərəb və digər müsəlman ölkələrində Allahı həmd etmək üçün istifadə edilən ünsürdür.

Mündəricat

  • 1 Quranda yeri
  • 2 Sözün istifadə yeri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Quranda yeri

redaktə

Quranda Fatihə surəsində Bismillahir-Rahmənir-Rahimdən sonra istifadə edilən sözdür.

Sözün istifadə yeri

redaktə

Əlhəmdülillah kəlməsi İslamın yayıldığı coğrafiyalarda insanlar arasında və gündəlik həyatda geniş istifadə olunur. Sədəqə ilə bərabər hesab edilmişdir. Gündəlik istifadədə təkcə müsəlmanlar arasında deyil, həm də ərəbdillilər və ya müsəlmanlarla yaşayan qeyri-müsəlmanlar arasında rast gəlinir. Bununla belə, Azərbaycan dilində tez-tez gündəlik vəziyyətlərdə bu kəlimənin yerinə "Allaha şükür!" işlədilir.

Məsələn, aşağıdakı hallarda geniş istifadə olunur:

  • Yeməkdən sonra[2].
  • Asqıran şəxs Allaha şükür əlaməti olaraq "Əlhəmdülillah" deyir. Asqıran birinə cavab olaraq digər bir müsəlman "Allah rəhmət eləsin" mənasını verən "Yərhamükallah" ifadəsini deyir.
  • İşlərin necə olduğu ilə bağlı suala cavab olaraq verildikdə (bu halda "Allaha şükür, yaxşı" ifadəsinə bərabərdir.)
  • "Sən müsəlmansan?" sualına cavab olaraq verildikdə (bu halda "Allaha şükür, müsəlman" ifadəsinə bərabərdir).

Həmçinin bax

redaktə
  • Bəsmələ

İstinadlar

redaktə
  1. ↑ taḥmīd // Encyclopaedia of Islam, Second Edition, Glossary and Index of Terms. Leiden : E. J. Brill.
  2. ↑ "Yeməkdən sonra edilən dua". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-23.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlhəmdülillah&oldid=7495845"
LOVE.AZ