Əli Camal oğlu Qasımov (15 aprel 1892, Nehrəm – 19 fevral 1983, Bakı) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi.
Əli Qasımov | |
---|---|
Əli Camal oğlu Qasımov | |
![]() | |
Təxəllüsü | Əli Səbri |
Doğum tarixi | 15 aprel 1892(1892-04-15) |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 1983(1983-02-19) (90 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() ![]() ![]() |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, müəllim |
Əli Camal oğlu Qasımov 1892-ci ilin aprelin 15-də Nehrəm kəndindində anadan olmuşdur. 1913-cü ildə Qori Müəllimlər Seminariyasını, 1925–30-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Bir müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana qayıdaraq, həmyerlilərinin erməni-daşnak təcavüzünə qarşı mübarizəsinə qoşulmuş, könüllü xalq dəstələrinin yaradılmasında təşəbbüskarlıq göstərmişdir.
1919-cu ilin yayında ingilis-daşnak hərbi hökuməti Şərur-Naxçıvan ərazisində repressiyaya başlamış və apardığı kütləvi həbslər zamanı demokratik fikirli adamlar içərisində Əli Səbri də həbs olunaraq, Aleksandropola (Gümrü) sürgün edilmişdir.
Əli Qasımov 1983-cü ilin fevralın 19-da Bakıda vəfat etmişdir.[1][2]
Qori seminariyasında təhsilini uğurla başa vurduqdan sonra, Əlibəy Qasımov Azərbaycana qayıtdı və müəllimlik fəaliyyətinə başladı. O, Azərbaycanda ən savadlı insanlardan biri, dünya ədəbiyyatı klassikasının, o cümlədən Cek Londonun əsərləri və Covanyolinin "Spartak" romanının Azərbaycan dilinə ilk tərcüməçisi idi.
"Hacı Murat" povestini oxuyandan sonra Qasımov Lev Tolstoyun islamın əsas prinsiplərini tam dəqiqliklə izah etmədiyini aşkar etdi. Əlibəy Tolstoy dühasına vurğun idi. Lakin həqiqət daha qiymətli idi. Qasımov qrafa mükəmməl rus dilində məktub yazdı. Məktub hörmətlə və nəzakətlə yazılmışdı. Burada "Hacı Murat" əsəri müfəssəl şəkildə araşdırılırdı.
Bu müraciət Lev Nikolayeviçə elə təsir etdi ki, o, cavab verdi. Və Əlibəyi Yasnaya Polyanaya söhbət etməyə dəvət etdi. 1900-cü il idi. Qasımov özü ilə Quran, tar və nərd. götürərək iki aylıq görkəmli rus yazıçısının yanına qonaq getdi. Onlar din, həyat və ədəbiyyat haqqında çox söhbət etdilər. Və Əlibəyin 23, Tolstoyun isə 72 yaşı olmasına baxmayaraq dostlaşdılar. Sonra Qasımov bir dəfə də, 1907-ci ildə gəldi.
Nehrəmdə əzilən Andronik Naxçıvan üzərinə hücuma keçmiş və Turşsudan türk toplarından atılan atəş erməni quldurlarını tələm-tələsik Zəngəzura çəkilməyə məcbur etmişdir. 1918-ci ilin iyul ayında türk əsgərləri Naxçıvan şəhərinə daxil olmuş və yerli əhali kütləvi qırğından xilas edilmişdir.[1][2]