. Love.az

Eli Bey Dunbili - Wikipedia - Love.az

Ana Səhifə - Eli Bey Dunbili

Əli bəy Məhəmməd bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan şairi, tərcüməçisi.

Əli bəy Dünbili
Doğum yeri
  • Xoy
Atası Məhəmməd bəy Dünbili
Fəaliyyəti şair

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əli bəy Məhəmməd bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Tehran Universitetinə qəbul olunmuşdu. Şair idi. Qərib təxəllüsü ilə ruhsar şeirlər yazırdı. Məhəmmədəli xan Tərbiyyət yazır: "Qərib Tehran Darülfünunun şagirdlərindən olmuş, piyada hərbi məktəbi bitirdikdən sonra hicri qəməri 1275 (1858) ci ildə oxumaq üçün Avropaya göndərilən tələbələr arasında Həsənəli xan Əmir-Nizamla birlikdə Parisə getmiş, orda təhsilini təkmilləşdirib, İrana qayıtmışdır. O, Avropa ölkələrinin ictimai vəziyyəti, inkişafı və hərbi təşkilatı haqqında tədqiqat apararaq, bir kitab yazmışdır. Qərib İngiltərə və Fransa dövlətlərinin Çin dövləti ilə müharibəsi haqqında bir kitabı fransız dilindən fars dilinə tərcümə etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ Məhəmmədəli Tərbiyyət, Danişməndani-Azərbaycan, Bakı, "Azərnəşr", 1987, səh.66.

Həmçinin bax

redaktə
  • Əbdürrəzaq bəy Dünbili
  • Məhəmməd bəy Dünbili

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əli_bəy_Dünbili&oldid=7370127"
LOVE.AZ