. Love.az

Elibeyovlar - Wikipedia - Love.az

Ana Səhifə - Elibeyovlar

Əlibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Əlibəyovlar
Titul Bəy
Əcdadı Əli ağa Cavanşir
Mənşəyi Füzuli, Qarabağ
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Dədəli

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun tanınmış nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Soyun yaranması

redaktə

XVIII yüzilin önlərində Dədəli oymağının başçısı Əli ağa Hüseyn ağa oğlu idi. Əli ağa öncə Osmanlılara xidmət etsə də sonradan qaçıb Qızılbaşlara qoşuldu. Bir az Şah II Təhmasib Səfəviyə (1722-1732) qulluq etdi. Sonra Nadirqulu xanın ordusunda Osmanlılara qarşı vuruşdu. Cavanşirlər şahın fərmanı ilə Xorsana sürgün olunanda Əli ağa ailəsinin yanına qayıtdı.

Əli ağa Qarabağa Nadir şahın ölümündən sonra döndü. Doğma torpağında vəfat etdi. Əli ağanın Məhəmməd ağa adlı oğlu vardı. Məhəmməd ağa Pənahəli xana xidmət edirdi. Atlı bölüyün başında bir çox savaşlarda olmuşdu.

Məhəmməd ağanın Əmiraslan bəy adlı oğlu vardı. Əmiraslan bəy İbrahimxəlil xanın xidmətində baş kəsib, qan tökmüşdü. Bir çox meydan savaşlarında fərqlənmişdi.

Əmiraslan bəyin Məmməd bəy və Əli bəy adlı oğulları vardı. Məmməd bəy Cavanşir-Dizaq mahalının Dədəli obasında anadan olmuşdu. Mədrəsə təhsili görmüşdü. Mehdiqulu xana xidmət edirdi. Məmməd bəyin Hüseyn bəy adlı oğlu vardı.

Əmiraslan bəyin ikinci oğlu Əli bəy Dədəli obasında doğulmuşdu. Mədrəsə təhsili almışdı. İbrahimxəlil xana xidmət etmişdi. Əli bəyin törəmələri Əlibəyov soyadını daşıyırlar. Əli bəyin Həzrətqulu bəy, Cəfərqulu bəy adlı oğulları vardı.

Soyun tanınmış nümayəndələri

redaktə
  • Əli bəy Əlibəyov — həkim, gigiyenist-alim.
  • Cəmil Əlibəyov — yazıçı, "Azərbaycanfilm"in direktoru.
  • Gəray Əlibəyov — aktyor, ssenarist, rejissor.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Əlibəyovlar: Boyun budaqları, "Soy" dərgisi, 2 (2), Bakı, 2003, səh. 24-28.

Həmçinin bax

redaktə
  • Qarabağ
  • Qarabağ xanlığı
  • Füzuli

Xarici keçidlər

redaktə
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlibəyovlar&oldid=8026239"
LOVE.AZ