. Love.az

Elihuseyn Huseynov Kesfiyyatci - Wikipedia - Love.az

Ana Səhifə - Elihuseyn Huseynov Kesfiyyatci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Əlihüseyn Hüseynov.

Əlihüseyn Ələsgər oğlu Hüseynov, və ya Yaquar (d. 15 dekabr 1957, Salyan, Azərbaycan SSR, SSRİ – ö. 24 oktyabr 2017, Bakı, Azərbaycan) — Azərbaycan kəşfiyyatçısı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Əlihüseyn Hüseynov
Əlihüseyn Ələsgər oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1957
Doğum yeri Salyan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 24 oktyabr 2017 (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Binanın üstündən yıxılma
Dəfn yeri
  • Badamdar
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Nərgiz Hüseynova
Uşaqları Röya Hüseynzade
Rəvan Hüseynzade
Soltan Hüseynzade
Atası Ələsgər Hüseynov
Anası Durna Hüseynova
Hərbi fəaliyyəti
Döyüşlər Birinci Qarabağ müharibəsi

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Erkən illəri
    • 1.2 Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
  • 2 Birinci Qarabağ müharibəsindən sonra
    • 2.1 Ölümü
    • 2.2 Şəxsi həyatı
  • 3 İstinadlar

Həyatı

redaktə

Erkən illəri

redaktə

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

redaktə

Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib.[1] O, Şıxov batalyonunda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb.[2] Daşaltı əməliyyatında iştirak edib.[3]

Birinci Qarabağ müharibəsindən sonra

redaktə

O, Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının müavini olub.[2]

Ölümü

redaktə

2017-ci il oktyabrın 24-də Əlihüseyn Hüseynov Bakının Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binanın damına su çənini düzəltmək üçün çıxmış və binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.[1] Badamdar qəbiristanlığında dəfn edilib.[2]

Şəxsi həyatı

redaktə

Ailəli idi, 3 övladi var.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Bakıda tanınmış kəşfiyyatçı faciəvi şəkildə ölüb". azvision.az. İstifadə tarixi: 24 oktyabr 2017.[ölü keçid]
  2. ↑ 1 2 3 4 "İkinci qrup Qarabağ əlili, kapitan Hüseynov Əlihüseyn Ələsgər oğlu vəfat edib". www.qaziler.az. 2017-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2017.
  3. ↑ "Daş altında qalan əməliyyat: Böyük Qarabağ xəyanəti". istipress.com. 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2017.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlihüseyn_Hüseynov_(kəşfiyyatçı)&oldid=7891332"
LOVE.AZ