Əlikram Bayramov (22 dekabr 1968, Puşkin rayonu) — Azərbaycan müğənnisi, nəğməkar şair.
Əlikram Bayramov | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Digər adı | Əlikərəm Bayramov |
Doğum adı | Əlikərəm |
Ləqəbi | Əlikram |
Doğum tarixi | 22 dekabr 1968(1968-12-22) (56 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1989-cu ildən |
Janrlar | pop musiqi, milli musiqi |
Musiqi alətləri | zərb musiqi alətləri, piano |
Əlikram Urşan oğlu Bayramov 1968-ci il dekabrın 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuşdur. Körpə yaşlarından atasını itirir. "Əsrin gözəli" adlı mahnısı ona böyük uğur qazandırır.
Evlidir. 1 övladı, 4 nəvəsi vardır.
Cavan yaşlarından başlayaraq, musiqi qrupu yaradır və uzun illər Biləsuvar rayon Mədəniyyət Evinin müdiri vəzifəsində çalışır. Peşəkar səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış edir. Əsrin gözəli, Gözləyəcəm, Yaz çiçəyi, Yaşayıram sənin üçün, Dəniz arzularım kimi bir çox mahnıların müəllifi və bəstəkarıdır.