. Love.az

Elil Arabasi - Wikipedia - Love.az

Ana Səhifə - Elil Arabasi

Əlil arabası — fiziki narahatçılığı olan və ya hansısa maneə səbəbi ilə yeriyə bilməyən və ya asanlıqla hərəkət edə bilməyən insanların mobilizasyası üçün istifadə edilən vasitədir. Təkərləri müxtəlif ölçülərdə olur. Ümumiyyətlə əl ilə istifadə edilir amma xüsusi ehtiyaclara görə bədənin demək olar hər yeri ilə istifadə edilə biləcək çeşidləri də var. Hərəkət baxımından avtomatik və mexanik olaraq iki növü olur. Hər ölçüyə və hər cür ehtiyaca görə xüsusi olaraq hazırlanırlar. Fiziki məhdudiyyətli şəxslərdən əlavə bu arabanın müşayiətçisi üçün də digər variantlar mövcuddur. İstifadəçilər ehtiyaclarına görə böyüklük və güc seçimində istədiklərin seçə bilərlər. Darısqal məkanlarda istifadə ediləcəksə yığcam quruluşda olması bəzən üstün tutulur, hava şərtlərinə görə istifadə ediləcəksə gücü və davamlılığı ön plana çıxmaqdadır. Əlil arabası ilə edilən onlarla idman növü var və hər idman sahəsinin ehtiyacları istiqamətində fərqli dizayn və xüsusiyyətlərdə əlil arabası modelləri inkişaf etdirilib.[1][2]

Əlil[ölü keçid] arabası

Növləri

redaktə
  • Mexaniki əlil arabası
    • Standart əlil arabası (poladdan)
    • Uşaq əlil arabası
    • Alüminium əlil arabası
    • Aktiv & adaptiv əlil arabası
    • İdmançı əlil arabası (basketbol, tennis və s.)
    • Müşayiətçi tərəfindən istifadə olan əlil arabası
  • Avtomatik əlil arabası (batareyalı)

İstinadlar

redaktə
  1. ↑ "Bir təkərli kürsü necə seçmək olar?". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  2. ↑ Butt, Muhammad Bilal. "Disabled Sports: Sports wheelchairs a hope for disabled sportsman". Youth Press Pakistan. Youth Publishers (Which owns Pakistan Times). 2020-01-22. 2022-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əlil_arabası&oldid=7655397"
LOVE.AZ