. Love.az

Elimemmed Nuriyev - Wikipedia - Love.az

Ana Səhifə - Elimemmed Nuriyev

Əliməmməd Mali oğlu Nuriyev (1 mart 1964, Ərkivan, Masallı rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti.[1]

Əliməmməd Nuriyev
Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı
7 yanvar 2001 – 2005
Seçki dairəsi7 saylı Yasamal ikinci
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1964(1964-03-01) (61 yaş)
Doğum yeri
  • Ərkivan, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2005),
  • Azərbaycan Xalq Cəbhəsi (–1995)
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1989–1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992–1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994–2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. Rus və fransız dillərini bilir.

Evlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

redaktə

Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2005-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından istefa vermişdir.[2]

Mükafatları

redaktə
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı [3]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 20 aprel 2016. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
  2. ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  3. ↑ "Əliməmməd Nuriyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub". 2024-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əliməmməd_Nuriyev&oldid=7560130"
LOVE.AZ