Ənvər Rza oğlu Bayramov (15 avqust 1939, Kiçik Məzrə, Basarkeçər rayonu – 30 mart 2015, Gəncə) — Azərbaycan Texnologiya Universiteti mexanika kafedrasının professoru.
Ənvər Bayramov | |
---|---|
Ənvər Rza oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Kiçik Məzrə, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Materiallar müqaviməti |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Texnologiya Universiteti |
Təhsili | |
Elmi rəhbəri | akademik X.X.Osmanxocayev |
Mükafatları |
Ənvər Bayramov 15 avqust 1939-cu ildə Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Atası İsmayılov Rza Bayram oğlu 1941-ci ildə Boyük Vətən Müharibəsinə getmiş və 25 yaşında həlak olmuşdur. Anası İsmayılova Sura Hüseyn qızı 23 yaşında dul qalaraq iki övladını böyütmüş, 1980-ci ildə Gəncə şəhərində vəfat etmişdir.
Ə. Bayramov 1947-ci ildə Basarkeçər rayon Balaməzrə kənd orta məktəbinin birinci sinfinə daxil olub.
1952-ci ildə Ə. Bayramovun ailəsi başqa qohum-əqrabaları ilə birlikdə Azərbaycan SSR-in Tərtər rayonuna deportasiya olunub və o təhsilini Tərtər rayon Cəmilli kənd orta məktəbində davam etdirib və 1957-ci ildə həmin məktəbi bitirib.
1958-ci ildə Ə. Bayramov Nuxa toxuculuq texnikumuna qəbul olunaraq həmin texnikumu 1961-ci ildə fərqlənmə diplomu ilə bitirib.
1961-ci ildə Daşkənd Toxuculuq Institutunun mexanika fakültəsinə daxil olur. O, əyani şöbədə əla qiymətlərlə oxumaqla yanaşı 1961-1966-cı illərdə "Uzbekxlopkomaş" zavodunda frezerçi, institutun qrafika kafedrasında baş laborant, təchizatçı, "Tadjikteksilmaş" zavodunda mühəndis-konstruktor vəzifələrində işləmişdi. İnstitutun rektoru akademik M.A.Xadjinova Nuxa ipək kombinatına Bayramov Ənvərin nümunəvi tələbə olması haqda razılıq məktubu yazmışdı və həmin məktub Nuxa şəhərinin "İpəkçi" qəzetində dərc olunmuşdu.
Ə.Bayramov 1967-ci ildə Daşkənd Toxuculuq İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və Özbəkistan SSR Elmlər Akademiyasının Mexanika Institutunun aspiranturasına qəbul olunmuşdur. O, müxtəlif materialların sürtünmə qüvvəsini, eləcə də ilkin deformasiyaları təyin etmək metodikasını işləyərək müxtəlif ölçü cihazları layihələndirmişdir. Ənvər Bayramov vaxtından əvvəl “Sürtünmə qüvvəsinin və ilkin deformasiyanın təyin olunması üçün cihazların mexanizmlərinin nəzəri əsaslarının işlənməsi” mövzusundakı namizədlik dissertasiyasını müdafiə etmişdir.
Ə.Bayramovun adı atom şüalarının materialların sürtünmə əmsalına təsirini tədqiqat yolu ilə öyrənən birinci alimlər cərgəsində olmuşdur.
O ilk dəfə olaraq sürtünmə qüvvəsinin, eləcə də kontaktda olan materialların səthindəki ilkin deformasiyanın əsas kontakt amillərindən asılı olaraq təyin olunması metodikasını təklif etmişdir.
1971-ci ilin sentyabr ayından Ç.İldırım adına Politexnik İnstitutunun Gəncə filialında fəaliyyətə başlamışdır. Gəncə şəhərində fəaliyyət göstərən toxuculuq kombinatı ilə bağlanan təsərrüfat müqaviləli işə görə darayıcı maşınlar üçün layihələndirilən yeni daraq mexanizmi istehsalata tətbiq olunaraq milyonlarla manat iqtisadi səmərə vermişdi.
1972-ci ildə ilk dəfə olaraq institutda elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi konfransın təşkilatçısı olmuşdur.
1976-cı ildə dosent Ə.R.Bayramov mexanika-texnologiya fakültəsinə dekan müavini, 1979-cu ildə yenicə təşkil olunmuş mexanika fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
1981, 1982-ci illərdə Ə.R.Bayramov tələbə qəbulu üzrə komissiyanın məsul katibi təyin olunmuşdur.
1984-1994-cü illərdə Ə.R.Bayramov SSRİ Təhsil üzrə Dövlət Komitəsində və Rusiya Federasiyasında materiallar müqaviməti, inşaat mexanikası və elastiqiyyət nəzəriyyəsi fənləri üzrə elmi-metodiki şuranın üzvü olmuşdur.
1992-ci ildən mexanika kafedrasının professoru olmuşdur.
1994-cü ildən YAP-ın fəal üzvü olmuşdür.
1996-cı ilin Ə.R.Bayramov oktyabr ayında yüngül sənayenin mexanika-texnologiyası fakültəsinə dekan vəzifəsinə seçmişdir.
1999-cu ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.
1991 və 1999-cu illərdə yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.
2000-ci ildən başlayaraq Ənvər müəllim universitetdə təlim-tərbiyə işlərinin yaxşılaşdırılması üçün müxtəlif komissiyalara rəhbərlik etmiş və birləşmiş metod şuranın sədr müavini olmuşdur.