. Love.az

Enver Bikcentayev - Wikipedia - Love.az

Ana Səhifə - Enver Bikcentayev

Ənvər Bikçentayev (tam adı: Ənvər Qadeyeviç Bikçentayev; başq. Әнүәр Һаҙый улы Бикчәнтәев; d. 4 oktyabr 1913, Ufa – 18 may 1989, Ufa) — başqırd sovet yazıçısı[1].

Ənvər Bikçentayev
başq. Әнүәр Һаҙый улы Бикчәнтәев
Doğum tarixi 4 oktyabr 1913
Doğum yeri Ufa
Vəfat tarixi 5.18.1989
Vəfat yeri Ufa
Dəfn yeri
  • Ufa müsəlman qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti başqırd
Təhsili ali
Fəaliyyəti yazıçı, jurnalist, redaktor, tərcüməçi, ssenarist
Əsərlərinin dili rus dili, Başqırd dili
Mükafatları "Oktyabr inqilabı" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni
Merited Cultural Worker of the RSFSR
bikchentaev.ru

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Mükafatları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

4 oktyabr 1913-cü ildə Ufada anadan olmuşdur. 1921-ci ildə ailəsi Orenburqa köçmüşdür[2].

1928-1931-ci illərdə Orenburqda pedaqoji texnikumda təhsil almışdır. Texnikumu bitirdikdən sonra Arxangelskə tatarlarla işləməyə göndərilmişdir. 1931-1932-ci illərdə tatar məktəbində direktor müavini olmuşdur.

1935-1936-cı illərdə Qızıl Orduda xidmət etmişdir.

1941-ci ildə Başqırdıstan Pedaqoji İnstitutunu, 1956-cı ildə isə Moskvadakı Ali ədəbiyyat kurslarını bitirmişdir[1].

1942-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv kimi qəbul edilmişdir.

18 may 1989-cu ildə Ufada vəfat etmişdir.

Yaradıcılığı

redaktə

Əsərləri 1933-cü ildən çap olunmağa başlamışdır[1].

Rus və başqırd dillərində yazmışdır[3].

"Qırmızı lalələr" (1944), "Rus əsgəri haqqında novellalar" (1946) hekayə toplularının müəllifidir; "Ölməzlik hüququ" (1950) povesti A.M. Matrosova həsr olunmuşdur. "Durnalar Uralda qalır" (1956), "Sənə cənnət vəd etmirəm" (1963) və s. sosial-psixoloji romanları, uşaqlar üçün əsərləri vardır. "Səfirin qızı" povesti Azərbaycan dilinə tərcümə olunmuşdur[1].

Mükafatları

redaktə
  • "Qırmızı Bayraq" ordeni (1942)
  • "Qırmızı Ulduz" ordeni (1943)[4]
  • Vətən Müharibəsi Ordeninin I dərəcəsi (1985)
  • Vətən Müharibəsi Ordeninin II dərəcəsi (1945)[5]
  • "Oktyabr inqilabı" ordeni (1972)
  • "Şərəf nişanı" ordeni (1963)
  • RSFSR əməkdar mədəniyyət işçisi (1970)
  • Salavat Yulayev adına Respublika mükafatı (1974)
  • Q.Salyam adına mükafat (1967)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 BİKÇENTAYEV Ənvər Qadeyeviç Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  2. ↑ Бикчентаев А. Г. Биографический очерк // Избранное / сост. Л. Г. Гималова. — Уфа: Китап, 2010. — С. 400. — 19 400 экз. — ISBN 978-5-295-04915-6.  (rus.)
  3. ↑ Сочинения: В 3 т. Уфа, 1983–84.
  4. ↑ Наградной лист Arxivləşdirilib 2010-04-14 at the Wayback Machine в электронном банке документов «Подвиг народа» (архивные материалы ЦАМО, ф. 33, оп. 690155, д. 2235, л. 33).
  5. ↑ Наградные документы Arxivləşdirilib 2010-04-14 at the Wayback Machine в электронном банке документов «Подвиг народа» (архивные материалы ЦАМО, ф. 33, оп. 690306, д. 3452, л. 2, 24).

Xarici keçidlər

redaktə
  • Произведения А. Бикчентаева на русском языке
  • Статья в Башкирской энциклопедии[ölü keçid] (başq.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ənvər_Bikçentayev&oldid=7408476"
LOVE.AZ