. Love.az

Erestun Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Erestun Eliyev

Ərəstun Cəfər oğlu Əliyev - Azərbaycanın tanınmış xanəndəsi.

Ərəstun Əliyev
Ərəstun Cəfər oğlu Əliyev
Gəncədə çəkilmiş şəkil
Gəncədə çəkilmiş şəkil
Ümumi məlumatlar
Doğum tarixi 11 yanvar 1957 (68 yaş)
Doğum yeri Mirzəcəfərli, Bərdə rayonu
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Tahirə Əliyeva
Atası Cəfər Əliyev
Anası Əntiqə Əliyeva
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Mükafatları
Şur
Ərəstun Əliyevin ifalarından biri

Media kömək
Bağban
Ərəstun Əliyevin ifalarından biri

Media kömək

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ailəsi
  • 4 Canli ifasından nümunələr

Həyatı

redaktə

Ərəstun Əliyev 1957-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. Xanəndəlik ona atasından keçmişdir. Atası, Cəfər Adıgözəl oğlu Əliyev hələ 1939-cu ildə Bakıda Azərbaycan Dövlət Radiosunda Qarabağ şikəstəsinin ilk ifaçılarından olmuşdur, Xan Şuşinski, Şövkət Ələkbərova və Tükazban İsmayılova ilə birlikdə oxuyurdu. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Bərdə rayonuna qayıtmışdır.
Ərəstun Əliyevin 5 qardaşı (Zöhrab, Möhnət, Adıgözəl, Ələddin, Cavanşir) və 4 bacısı (Sücayət, Həqiqət, Ədalət, Narınc) var.

Fəaliyyəti

redaktə

Qarabağ el məclislərində Şahmalı Kürdoğlu, Arif Babayev, Könül Xasıyeva ve digərləri ilə birlikdə dəfələrlə iştirak etmişdir. Hal-hazırda xanəndəlik peşəsini davam etdirir.

Ailəsi

redaktə

Həyat yoldaşı - Tahirə Əliyeva.
4 qız atasıdır - Günel, Lalə, Sevinc, Səidə.

Canli ifasından nümunələr

redaktə
  • AĞDAM KÖNLÜM KEÇİR QARABAĞDAN ŞAHMALİ KÜRDOĞLUNA HƏSR OLUNUB
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ərəstun_Əliyev&oldid=5620340"
LOVE.AZ