. Love.az

Erdagi Ardagli Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Erdagi Ardagli Dagi

Ərdağı (Ardağlı) — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin suayrıcındakı Keçəltəpə yüksəkliyindən (2744,0 m) cənub-qərbə ayrılan Salahyurdu qolunun suayrıcında, Xan bulağından 1,5 km şimal-qərbdə dağ (hünd. 2230,4 m). Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərqində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində  yerləşir. Şimal-şərq yamacından şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması keçir.[1]

Ərdağı (Ardağlı dağı)
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2230,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Şərur

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ərdağı_(Ardağlı_dağı)&oldid=7077430"
LOVE.AZ