. Love.az

Ertogrul Cavid - Wikipedia - Love.az

Ana Səhifə - Ertogrul Cavid
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 noyabr 1943, Naxçıvan) — görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır.

Ərtoğrul Cavid
Ərtoğrul (Ərtoğrol) Hüseyn Cavid oğlu Rasizadə
Ümumi məlumatlar
Doğum tarixi 22 oktyabr 1919
Doğum yeri Bakı, Azərbaycan Xalq Cümhuriyyəti
Vəfat tarixi 14 noyabr 1943 (24 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan MSSR, SSRİ
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Naxçıvan
Vətəndaşlığı Azərbaycan AXC→
SSRİ SSRİ
Atası Hüseyn Cavid
Anası Mişkinaz Cavid
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1941–1942

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.

1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.

1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.

14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

Ailəsi

redaktə

Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır.

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. 12 cilddə, X c., Bakı: Çaşıoğlu, 2011, 304 s.

Xarici keçidlər

redaktə
  • Ərtoğrul Cavid Iki Miniatür.Meşədə Arxivləşdirilib 2014-01-03 at the Wayback Machine
  • Ərtoğrul Cavid, two miniatures
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ərtoğrul_Cavid&oldid=7643333"
LOVE.AZ