. Love.az

Etceler Masalli - Wikipedia - Love.az

Ana Səhifə - Etceler Masalli
Bu adın digər istifadə formaları üçün bax: Ətcələr.

Ətcələr — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ətcələr kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Ətcələr kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2]

Ətcələr
39°03′26″ şm. e. 48°42′47″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Ətcələr xəritədə
Ətcələr
Ətcələr

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Toponimikası

redaktə

Yaşayış məntəqəsi XIX əsrdə Abdulyan kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə, oykonim Azərbaycan ərazisində yaşamış atçılar adlı tayfanın adının təhrif formasıdır. Etnotoponimdir.[3]

Əhalisi

redaktə

Əhalisi 920 nəfərdir.[4]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. ↑ Ətcələr (Masallı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax

redaktə
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ətcələr_(Masallı)&oldid=8143740"
LOVE.AZ