. Love.az

Evez Sadixov - Wikipedia - Love.az

Ana Səhifə - Evez Sadixov
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Əvəz Şiri oğlu Sadıxov (18 avqust 1942, Blaband, Lerik rayonu – 9 noyabr 1999, Bakı) — talış əsilli Azərbaycan dilçi-alimi, professor, "Tolışi sədo" qəzetinin ilk redaktoru. Əvəz Sadıxov talış xalqına verdiyi ciddi töhfələrlə tanınır.

Sadıxov Əvəz Şiri oğlu
tal. Садыхзодә Әвәз
Doğum tarixi 18 avqust 1942(1942-08-18)
Doğum yeri
  • Blaband, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 9 noyabr 1999(1999-11-09) (57 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti Talış
Həyat yoldaşı Sadıxova Gülçöhrə Məsud qızı
Uşaqları Sadıxov Elvin, Sadıxov Altay, Sadıxova Aysel, Sadıxova Aynur
Atası Sadıxov Şiri
Anası Sadıxova Qızıl
Elm sahəsi dilçilik
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • AMEA Dilçilik İnstitutu
Tanınmış yetirməsi Fəxrəddin Abbasov

Həyatı

redaktə

Talış dilçi-alimi, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun Bilaband kəndində anadan olub.

Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışıb. Talış və Azərbaycan dillərindən əlavə olaraq ərəb və fars dillərini bilib. Müasir dövrdə talış dilinin qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov[1][2], eyni zamanda "Tolışi sədo" qəzetinin ilk redaktoru olub.

Universitetə imtahan verərkən onun bildiyi talış dili haqqında qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib etdiyi talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə salınaraq çap edilib[3]. Bir qədər sonra bu kitab Lənkəran Dövlət Universitetində dərslik kimi istifadə edilsə də, daha sonra yenidən siyasi müdaxilələr nəticəsində keçirilməsi qadağan olunub.[4]

Əvəz Sadıxov 1999-cu ildə vəfat edib.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2017-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  2. ↑ "Arxivlənmiş surət". 2017-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  3. ↑ http://elibrary.bsu.az/multi/N_118.pdf[ölü keçid]
  4. ↑ https://avestatalysh.wordpress.com/2017/01/14/talis-dilini-beynind%C9%99-dasiyan-professor-%C9%99v%C9%99z-sadixov/
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əvəz_Sadıxov&oldid=8000379"
LOVE.AZ