. Love.az

Evez Verdiyev - Wikipedia - Love.az

Ana Səhifə - Evez Verdiyev

Verdiyev Əvəz Həşim oğlu (1916, Bülbülə, Bakı qəzası – 1 may 1945, Boleslaves[d]) — Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Əvəz Verdiyev
Əvəz Həşim oğlu Verdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 1916
Doğum yeri
  • Bülbülə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 may 1945(1945-05-01)
Vəfat yeri
  • Boleslaves[d], Polşa
Dəfn yeri
  • Boleslaves[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu
Rütbəsi Baş çavuş
Döyüşlər
  • SSRİ–Finlandiya müharibəsi (1939–1940),
  • İkinci Dünya müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 İstifadə edilmiş ədəbiyyat

Həyatı

redaktə

Əvəz Verdiyev 1916-cı ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur.[1][2][3] Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir.[2]

1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir.

1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.

1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı (medal № 4647) və Lenin Ordeni təqdim olunmuşdur.

Sonrakı döyüşlərdən birində ağır yaralanmış və 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində dəfn olunmuşdur.

Laçında Əvəz Verdiyevə abidə qoyulmuş, şəhərin mərkəzi küçələrdən biri onun adını daşıyır.

İstinadlar

redaktə
  1. ↑ Зия Мусаевич Буниятов, Ризван Эйюб оглы Зейналов. От Кавказа до Берлина (rus). 1990. səh. 191. ISBN 9785552000494.
  2. ↑ 1 2 Рамин Мамедов. Соотечественники. Азербайджан-древняя страна (PDF) (rus). Баку: Ширваннешр. 2007.
  3. ↑ Гасым Керимов. Азербайджан в годы Великой Отечественной войны (PDF) (rus).

Xarici keçidlər

redaktə
  • Вердиев Аваз Гашим оглы
  • Verdiyev Əvəz Həşim oğlu Arxivləşdirilib 2010-02-27 at the Wayback Machine
  • "Qarabağın görkəmli şəxsiyyətləri:Əvəz Verdiyev (1916-1945)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.

İstifadə edilmiş ədəbiyyat

redaktə
  • Бабаева Ф. Герой Советского Союза Аваз Вердиев. Баку: 1975,
  • Герои Советского Союза - сыны Азербайджана. Баку: 1965,
  • Герои Советского Союза. Краткий биографический словарь. Том 1. М.: Воениз., 1987,
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əvəz_Verdiyev&oldid=7738895"
LOVE.AZ