Əyyub Qiyas (Qi Or El) (Tam adı: Əyyub Qiyas oğlu Abasov; 14 dekabr 1968, Lənkəran, Azərbaycan SSR) — nasir, tərcüməçi, dramaturq, şair, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü.
Əyyub Qiyas | |
---|---|
Əyyub Qiyas oğlu Abasov | |
Doğum adı | Əyyub Abasov |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Sevda Bəxtiyar |
Uşaqları |
Qiyas Abasov Orxan Qiyaslı Elbrus Abasov |
Atası | Qiyas Abasov |
Anası | Çimnaz |
Təhsili | ADİİ Teatrşünaslıq fakültəsi |
İxtisası | teatrşünas |
Fəaliyyəti | yazıçı |
Əyyub Qiyas 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. 1986–1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib. 1992–1994-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır.
1988–1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990–1991-cı illərdə "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991–1992-ci illərdə "168 saat" qəzetinin baş redaktorunun müavini, 1992–1993-cü illərdə "Xəzər" jurnalının redaktoru olub.
1993–1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997–2012-ci illərdə Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub. 2004-cü ildən "Sahilsiz dəniz" dərgisinin baş redaktorudur, 2004–2014-cü illərdə "Ulduz", 2011–2012-ci illərdə "Ulu çinar", 2014-cü ildə "Qobustan" dərgilərinin redaksiya heyətinin və 2004–2014-cü illərdə AYB gənclər şurasının üzvü olan Əyyub Qiyas Prezident təqaüdçüsüdür. 2016-cı ildə tərcümə fəaliyyətindəki uğurlarına görə AYB-nin və "Ədəbiyyat qəzeti"nin "Əli bəy Hüseynzadə", 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatlarına, 2023-cü ildə isə TÜRKsoyun "İmadəddin Nəsimi 650" xatirə medalına, 2023-cü ildə Beynəlxalq Mahmud Kaşkari medalına layiq görülüb.
Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. 1996-cı ildə "Mən bir sapand daşıyam ki…" (şeirlər), "Qarışqa" (povest və hekayələr) kitabları nəşr olunub. Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib.
2007–2008-ci illərdə Mədəniyyət və turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə EMM-ində kino bölməsinin müdiri, 2016-cı ilin may ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və "Xəzər" dərgisində redaktor işləyib. 2017-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına qədər "Qanun" nəşriyyatında redaktor olub.
*"Qara işıq" (roman. "Qiyasoğlu" nəşriyyatı, 2022. təkrar nəşr)
116. Erix Maria Remark "Qərb cəbhəsində yenilik yoxdur" (roman) 117. Stephen King "O" (roman)
118. Brem Stoker "Drakula" (roman)119. İsmail Tokalak "Pulun imperatorları" (araşdırma)
120.Çarlz Dikkens "Soyuq ev" (roman) 121.Çarlz Dikkens "Pikvik klubu" (roman)
"Qara işıq" romanı 2004-cü ildə "İlin romanı" ədəbi kulturoloji mükafata layiq görülüb. "Ədəbiyyat" qəzetində gedən "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə 2016-cı ildə Əlibəy Hüseynzadə mükafatına, Belorus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanının tərcüməsinə görə 2017-ci ildə Mədəniyyət və Turizm nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb. 2023-cü ildə Beynəlxalq Mahmud Kaşkari mükafatını alıb.