. Love.az

Ezizaga Ezizbeyov - Wikipedia - Love.az

Ana Səhifə - Ezizaga Ezizbeyov

Əzizağa Məşədi oğlu Əzizbəyov (14 (27) aprel 1903, Bakı – 24 iyun 1966, Bakı) — Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini, intendant xidməti general-mayoru, Məşədi Əzizbəyovun oğlu, Püstəxanım Əzizbəyovanın atası.

Əzizağa Əzizbəyov
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini
Şəxsi məlumatlar
Doğum tarixi 14 (27) aprel 1903
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 24 iyun 1966(1966-06-24) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti siyasətçi
Atası Məşədi Əzizbəyov
Uşağı Püstəxanım Əzizbəyova
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi general-mayor

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Müharibədən sonra
  • 3 Mükafatları
  • 4 Ölümü
  • 5 Həmçinin bax
  • 6 Ədəbiyyat
  • 7 İstinadlar

Həyatı

redaktə

Əzizağa Məşədi oğlu Əzizbəyov 1903-cü il aprelin 3-də Bakı şəhərində inqilabçı Məşədi Əzizbəyovun ailəsində doğulmuşdu. 15 yaşında ikən kommunist gənclər ittifaqı sıralarına daxil olmuş Ə.Əzizbəyov Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl bolşeviklərin Bakı Komitəsinin tapşırığı ilə partiya təşkilatları arasında rabitəni təmin edirdi.

1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi Ə.Əzizbəyovu özünün Bakı qəza təşkilatının yerlərdə komsomol özəklərini yaratmaq üçün göndərmişdi. Sonradan o, həmin işi Quba qəzasında davam etdirmişdi. 1921-ci ildə Ə.Əzizbəyov Moskvaya Şərq zəhmətkeşlərinin Kommunist Universitetinə oxumağa ezam edilmişdir.

Fəaliyyəti

redaktə
 
Əzizağa Əzizbəyovun xatirə lövhəsi (Bakı)

1923-cü ildə Bakıya qayıdan Ə.M.Əzizbəyov respublikanın sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə çalışmışdır. O, vətəgə müdiri, Ümumittifaq Balıq Ticarəti İdarəsi Zaqafqaziya bölməsinin rəisi, Azərbaycan Dövlət Balıqçılıq Trestinin mudiri vəzifələrində işləmişdir. Bir neçə il xalq ticarət komissarı işləmiş Ə.Əzizbəyov, sonradan Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsi zamanı, 1943-cü ildə, ona intendant xidməti polkovniki, 16 may 1944-cü ildə isə general-mayor hərbi rütbəsi verilmişdr. Bu dövrdə Əzizbəyov Zaqafqaziya arxa cəbhə rəisinin müavini, SSR Xalq Müdafiə Komissarlığı Mərkəzinin Zaqafqaziya bazasının rəisi və Qızıl Ordunun arxa cəbhəsinin rəis köməkçisi kimi məsul vəzifələrdə çalışmışdır.

Müharibədən sonra

redaktə

Müharibədən sonrakı illərdə Əzizbəyov Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sənaye məhsullarının təchizatı və satışı idarəsinin rəisi, "Azəriitifaq"ın idarə heyətinin sədri vəzifələrini tutmuşdur. O, bir neçə dəfə SSRİ Ali Soveti, Azərbaycan SSRİ Ali Soveti, Bakı Sovetinin deputatı seçilmişdir.

Mükafatları

redaktə

Ə.Əzizbəyovun dinc quruculuq və müharibə illərindəki xidmətləri Lenin, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri və bir neçə medal kimi yüksək hökumət mükafatları ilə təltif olunmuşdur.

Ölümü

redaktə

Əzizağa Məşədi oğlu Əzizbəyov 1963-cü ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]

Həmçinin bax

redaktə
  • Əzizbəyovlar
  • Tərlan Əliyarbəyov

Ədəbiyyat

redaktə
  • "Azərbaycan generalları" Kataloq. — Bakı, "Elm", 2005, səh. 83–101

İstinadlar

redaktə
  1. ↑ "FƏXRI XİYABANDA DƏFN EDİLƏNLƏR". 2017-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əzizağa_Əzizbəyov&oldid=8052722"
LOVE.AZ