ǀXam [1][2][3][4][5][6] və ǂXomani torpaqları — Cənubi Afrika Respublikasının Şimali Burun vilayətində, Upinqton şəhərinin şimal və cənubunda yerləşən ərazilərdir. |Xam və ǂXomani xalqları Buşmen xalqının dil baxımından əlaqəli qrupları idlər.
UNESCO-nun Ümumdünya irsi obyekti | |
---|---|
ǀXam ve ǂXomani torpaqları | |
ǂKhomani Cultural Landscapeadı=ǂXomani mədəni landşaftı [* 1] | |
Ölkə |
![]() |
Tip | Mədəni |
Kriteriya | (v),(vi) |
Keçid | 1545 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2017 (41-ci sessiya) |
Ərazi yuxarı Karu (cənub) və cənubi Kalaxarinin (şimal) yarı quru və quraq massivlərindən ibarətdir. Hər iki sahə, Son daş dövrünə aid arxeoloji izlərlə zəngindir. Cənub bölgəsindəki qaya təpələri petroqliflərin üstünlük təşkil etdiyi çox sayda qaya təsvirlərinə sahibdir.[7][8]
ǀXam ve ǂXomani torpaqları 15 may 2004-cü ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına əlavə edildi.[9]
Ərazinin şimalındakı ǂXomani mədəni landşaftı, 8 iyul 2017-ci ildə UNESCO-nun Ümumdünya irs komitəsinin Polşanın Krakov şəhərində baş tutan 41-ci iclası zamanı ümumdünya irsi statusu almışdır.[10]