. Love.az

1919 - Wikipedia - Love.az

Ana Səhifə - 1919
1919 digər təqvimlərdə
Qriqori təqvimi 1919
MCMXIX
Yuli təqvimi 1919
Yuli təqvimi
bizans erasında
7427-7428 (1 sentyabr)
Romanın yarandığı gündən 2671-2672 (21 aprel)
Avropa təqvimi
5679-5680

ה'תרע"ט  - ה'תר"ף

Hicri təqvim 1337-1338
Erməni təqvimi 4411-4412 (11 avqust)

ՌՋԺԹ

Çin təqvimi 4615-4616
戊午 - 己未
sarı at  - sarı qoyun
Efiopiya təqvimi 1911 - 1912
Hind təqvimi
⁃ Vikram-samvat 1975-1976
- Şaka sambat 1841—1842
⁃ Kali-yuqa 5020-5021
İran təqvimi 1297-1298
Buddist təqvimi 2462
Holosen təqvimi 11919
Yapon xronologiyası 8 Taysyo erası
Fransız inqilabı təqvimi 127—128
Çuçxe təqvimi 8-ci çuçxe ili
Minqo təqvimi 8-ci Tayvan ili

Mündəricat

  • 1 Hadisələr
    • 1.1 Yanvar
    • 1.2 Fevral
    • 1.3 Mart
    • 1.4 Aprel
    • 1.5 May
    • 1.6 İyun
    • 1.7 İyul
    • 1.8 Avqust
    • 1.9 Sentyabr
    • 1.10 Noyabr
    • 1.11 Dekabr
  • 2 Doğumlar
  • 3 Vəfatlar

Hadisələr

redaktə

Yanvar

redaktə
  • 15 yanvar:
    • Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrovpaşa bəy Sultanovun Qarabağ general-qubernatoru təyin edilməsi.
    • Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələri Baş Qərargahının təşkil edilməsi.
  • 18 yanvar—28 iyun — Paris Sülh Konfransının keçirilməsi.
  • Əmək Nazirliyinin fəaliyyətə başlaması.

Fevral

redaktə
  • 5 fevral — Quba məsələsi
  • 25 fevral — Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinetin öz fəaliyyətini dayandırması.
  • 28 fevral — Naxçıvan general-qubernatorluğunun yaradılması.

Mart

redaktə
  • Bakıda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması.
  • Ərəb əlifbasından latın əlifbasına keçmək üçün parlament komissiyasının yaradılması.
  • Milanda faşistlərin ilk toplantısının keçirilməsi.

Aprel

redaktə
  • 14 aprel — Nəsib bəy Yusifbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökumətinin təşkil edilməsi.
  • 25 aprel — Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyama başlaması.

May

redaktə
  • 2 may — Azərbaycan məsələsinin ilk dəfə Böyük Britaniya, ABŞ, Fransa və İtaliya dövlət başçılarının görüşündə müzakirə edilməsi.
  • 28 may — Azərbaycan Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin ABŞ prezidenti V. Vilson tərəfindən qəbul edilməsi.
  • Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Arbitrajın yaradılması.

İyun

redaktə
  • 11 iyun — Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi xidmət orqanının - "Əksinqilab ilə Mübarizə Təşkilatı"nın yaradılması.
  • 16 iyun
    • Azərbaycan ilə Gürcüstan arasında Denikin təhlükəsinə qarşı hərbi-müdafiə müqaviləsinin bağlanması.
    • Azərbaycan Respublikası ilə Rumıniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması
  • 26 iyun — Araz-Türk Respublikasının süqutu.
  • 28 iyun — Almaniya ilə Versal sülh müqaviləsinin imzalanması.
  • Azərbaycan Xəzər Donanmasının yaradılması.

İyul

redaktə
  • 23 iyul — Muğan Sovet Respublikasının ləğv olunması.
  • 31 iyul — Xalq Müvəkkillər Şurasının qərarı əsasında Veymar şəhərində Müəssislər Məclisi tərəfindən Almaniya Respublikasının Konstitusiyasının təsdiq edilməsi.

Avqust

redaktə
  • 1 avqust — Macarıstan Sovet Respublikasının süqutu.
  • 9 avqust — Böyük Britaniya-İran sazişinin bağlanması.
  • 23 avqust — Lənkəran əməliyyatı

Sentyabr

redaktə
  • 1 sentyabr — Azərbaycan parlamenti tərəfindən Bakı şəhərində Universitet açılması barədə qahuh qəbul edilməsi. Bakı Dövlət Universitetinin yaradılması.
  • 10 sentyabr — Antanta ölkələri ilə Avstriya arasında Sen-Jermen sülh müqaviləsinin imzalanması.
  • 15 sentyabr — Bakı Universitetinin işə salınması
  • 30 sentyabr — Bakıda Dövlət Bankının açılması.

Noyabr

redaktə
  • 23 noyabr — Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması.
  • 27 noyabr — Antanta ölkələri ilə Bolqarıstan arasında Neyi sülh müqaviləsinin imzalanması.
  • Fransada Milli blokun yaradılması.

Dekabr

redaktə
  • 7 dekabr — "İstiqlal" muzeyinin açılışı.
  • 24 dekabr — Nəsib bəy Yusifbəylinin hökumət kabinetinin yaratması.
  • 29 dekabr — "Müsəlman Şərqini Öyrənən Cəmiyyət"in yaradılması.
  • Almaniyada Nasist (Almaniya nasional-sosialist fəhlə partiyası) partiyasının yaradılması.

Doğumlar

redaktə
  • 7 fevral — Tofiq Tağızadə, Azərbaycan kinorejissoru.
  • 20 fevral — Zahid Vəlibəyov, SSRİ-nin Fəxri Energetiki, Azərbaycan SSR-in Əməkdar Mühəndisi.
  • 3 mart — Hacıbaba Hüseynov, Azərbaycan xanəndəsi.
  • 20 aprel — Əhməd Abasquliyev, psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).
  • 7 may — Soltan Hacıbəyov, Azərbaycan bəstəkarı.
  • 20 iyul — Edmund Hillari, Everestin zirvəsini fəth etmiş ilk insan.
  • 26 dekabr — Əminə Dilbazi, Azərbaycan rəqqasəsi

Vəfatlar

redaktə
  • 6 yanvar — Teodor Ruzvelt, Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti
  • 13 mart — İvan Bubnov
  • 20 iyun — Tivadar Kostka Çontvari, Macar rəssamı
  • 15 iyul — Emil Fişer, Alman fiziki
  • Avaz Otar
  • Adolf Qurviç
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=1919&oldid=6734552"
LOVE.AZ