6 fut dərinlikdə (ing. 6 Below: Miracle on the Mountain) — 2017-ci ildə çəkilmiş dram filmidir. Film qarlı Syerra-Nevada dağlarında azmış və orada 8 gün sağ qalmağı bacarmış[3][4][5] Erik Lemarkın əsl həyat hekayəsindən bəhs edir.
6 fut dərinlikdə | |
---|---|
ing. 6 Below: Miracle on the Mountain | |
Janr | triller filmi, dram filmi, bioqrafik film, macəra filmi |
Rejissor | Skott Vo |
Prodüserlər |
|
Ssenari müəllifi | Medison Terner |
Baş rollarda |
|
Operator | Maykl Svitak |
Bəstəkar | Neytan Ferst |
İstehsalçılar |
|
Distribütor | Hulu[d] |
İlk baxış tarixi | 12 oktyabr 2017[2] |
Müddət | 98 dəq. |
Gəlir | 641,499 $[1] |
Ölkə | |
Dil | ingilis dili |
Çəkiliş yeri | Yuta |
IMDb | ID5503688 |
Parlaq idman karyerasını başa vuran xokkeyçi Erik Lemark artıq adrenalinsiz yaşaya bilmir. İndi o bu adrenalini, narkotik və snoubordda tapır. Mammos dağlarında (Kaliforniya) olan xizək patrulu yaxınlaşan qar fırtınasına görə bütün yolları bağladığı zaman, Lemark son bir eniş etmək qərarına gəlir və dağlarda tələyə düşərək itir.
Filmin çəkilişlərinə 2016-cı ilin mart ayında ABŞ-nin Yuta ştatında başlanılmışdır.[6]
2017-ci ilin fevral ayında Momentum Pictures filmin yayım hüquqlarını əldə etmiş və daha sonra isə filmi 13 oktyabr 2017-ci ildə təqdim etmişdir.[7]
Aktyor | Rol |
---|---|
Coş Hartnett | Erik Lemark Erik Lemark |
Mira Sorvino | Suzanna Lemark Suzanna Lemark |
Sara Düman | Sara Sara |
Ceyson Kottl | Devid Lemark Devid Lemark |
Neytan Stivens | Set Set |