Ağ öksəotu (lat. Viscum album) — bitkilər aləminin səndəlçiçəklilər dəstəsinin səndəlkimilər fəsiləsinin öksəotu cinsinə aid bitki növü.
Ağ öksəotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağ öksəotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 50 sm-ə qədər olan, sıx çəngəlvari budaqlanmış şarşəkilli koldur; budaqları oduncağabənzərdir, qışlayan yarpaqları vardır. Bitki bütünlüklə çılpaq olub, sarımtıl-yaşıl rəngdədir. Yarpaqları oturaqdır, qalındır, uzunsov və ya uzunsov-ovaldır, qaidə hissəsinə doğru qısa daralmış, kütdür. Martda çiçək açır. Çiçəkləri sarımtıl-yaşıl rəngdə olub, 5–6 ədəd olmaqla haçalanmış budaqlarda toplanmışdır. Giləmeyvələri şarşəkilli formalı, ağ və ya sarımtıl rənglidir, diametri 9–10 mm-dir. Mart-İyun aylarında çiçək açır.
Samur-Şabran oval., Qobustan, BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənk.dağ., Lənk. oval.
Yarpaqlı ağaclarda, əsasən balverən ağaclarda parazitlik edir.
Yarpaqlarından alınan preparat hipertoniya zamanı istifadə olunur.