Ağ mühacirət (rus. Белая эмиграция) — 1917-ci il Fevral inqilabından və xüsusilə Oktaybr inqilabından (1917)[1] sonra Rusiya İmperiyasının sabiq aristokratiyasının, zadəganların, çar məmurlarının, intellektualların, zabitlərin və digər bolşeviklərə qarşı olanların xaricə kütləvi köçünü ifadə edən anlayışdır.[2] Bu insanlar əsasən Rusiya vətəndaş müharibəsi (1917–1923) dövründə məğlub olmuş Ağ Hərəkatın tərəfdarları idilər.[3]
1917-ci il Böyük Oktyabr Sosialist İnqilabı nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsi ilə çoxsaylı siyasi, sosial və mədəni elitalar üçün yeni rejim qəbuledilməz sayıldı.[4] İnqilabdan və daha sonra başlayan vətəndaş müharibəsindən sonra yüz minlərlə insan bolşevik repressiyalarından və sosial-iqtisadi dəyişikliklərdən qurtulmaq üçün Rusiyanı tərk etdi. [5]
Ağ mühacirlər əsasən aşağıdakı ölkələrə köç etdilər[6]:
Ağ mühacirlər getdikləri ölkələrdə öz mədəni və siyasi həyatlarını davam etdirdilər. Onlar qəzetlər nəşr etdilər, siyasi təşkilatlar qurdular, məktəblər, teatrlar və mədəniyyət mərkəzləri yaratdılar. Ağ mühacirətin bəzi nümayəndələri mühacirət dövründə Sovet İttifaqı əleyhinə siyasi və ideoloji fəaliyyət göstərirdilər.[7]