Ağadadaş Əliyev (16 oktyabr 1940, Bakı) — Azərbaycan kimyaçısı, texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.
Ağadadaş Əliyev | |
---|---|
Doğum tarixi | 16 oktyabr 1940(1940-10-16) (84 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyasının M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mexanika fakültəsi |
Tanınmış yetirməsi | ' |
Mükafatları | Azərbaycan SSR Ali Sovetinin «Fəxri Fərmanı» |
Ağadadaş Əliyev 1963-cü ildə Azərbaycan Sənaye İnstitutunun mexanika fakültəsini bitirmiş, 1969-cu ildə namizədlik, 1985-ci ildə isə "Qeyri stasionar katalitik proseslərin modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor A. Əliyev kimyəvi kinetika və kataliz, kimya texnologiyasının proses və aparatları ixtisasları üzrə görkəmli alimdir. Professor A. Əliyevin elmi-tədqiqat işləri 678-ə qədər elmi əsərdə, o cümlədən 60 müəlliflik şəhadətnaməsində və patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 45 fəlsəfə doktoru,4 elmlər doktoru hazırlanmışdır. Azərbaycan AMEA-nın həqiqi üzvüdür[1].
Qeyri–stasionar aktivliyə malik katalizatorların iştirakı ilə gedən proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və optimal layihələşdirilməsinin nəzəri əsasları yaradılmışdır. Alifatik spirtlərin, kiçik molekula çəkili olefin və parafin karbohidrogenlərin məqsədyönlü selektiv oksidləşməsi reaksiyaları üçün metalseolit katalizatorlarının seçilməsinin elmi əsasları işlənib hazırlanmışdır.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı — 690dir. Onlardan bəziləri:
Xaricdə çıxmış elmi əsərlərinin sayı – 160
Müəllif şəhadətnamələri və patentləri – 73
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 75
Azərbaycan Kimya Jurnalının baş redaktoru 2011–2014-cü illər