. Love.az

Agciyer Venalari - Wikipedia - Love.az

Ana Səhifə - Agciyer Venalari

Ağciyər venaları lat. venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior dextra və sol ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior sinistra əmələ gətirirlər. Bunların qapaqları yoxdur.

Ağciyər venaları
Alveolun qurluş vahidi: alveola, alveol kisəciyi, bronxiola, ağciyər arteriya və venası
Latınca Venae pulmonales
Qrey subyekt 165 642
Mənbəyi Ağciyərlər
Açılır Sol qulaqcığa
Arteriya Ağciyər arteriyası
Embrional Arterial kötük - lat. Truncus arteriosus
MeSH Pulmonary+Veins
  • bax
  • müzakirə
  • redaktə

Mündəricat

  • 1 Sağ ağciyər venaları
  • 2 Sol ağciyər venaları
  • 3 Tipləri
  • 4 Təsvirlər
  • 5 İstinadlar
  • 6 Mənbə
  • 7 Xarici keçidlər
  • 8 Həmçinin bax

Sağ ağciyər venaları

redaktə

Sağ ağciyər venaları sol tərəfdəkindən uzundurlar, ağciyər arteriyasının altı ilə və yuxarı boş venanın, sağ qulaqcığın və qalxan aortanın dalı ilə sağa doğru gedərək, ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılır.

Sol ağciyər venaları

redaktə

Sol ağciyər venaları ağciyər qapısından çıxaraq enən aortanın qabağı ilə sağa doğru gedirlər və ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılırlar. Ağciyər qapılarından çıxdıqdan sonra lat. vv. pulmonales bronx venalarının lat. vv. broncheales (vv. broncheales anteriores - BNA) bir qismini qəbul edirlər.

Tipləri

redaktə
  • Sağ yuxarı — lat. superior dextra
  • Sağ aşağı — lat. inferior dextra
  • Sol yuxarı — lat. superior sinistra
  • Sol aşağı — lat. inferior sinistra

Təsvirlər

redaktə
  •  
    Bronxiolanın qurluşu
  •  
    Alveolanın qurluşu
  •  
    Kiçik qan dövranı

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
  • Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
  • Anatomy: Embryologie [ölü keçid]

Xarici keçidlər

redaktə
  • Illustration at infomat.net Arxivləşdirilib 2012-04-15 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Yuxarı boş vena
  • Aşağı boş vena
  • Göbək venası
  • Qapı venası
  • Ümumi qalça venası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağciyər_venaları&oldid=7866254"
LOVE.AZ