. Love.az

Agdag Culfa - Wikipedia - Love.az

Ana Səhifə - Agdag Culfa
Bu adın digər istifadə formaları üçün bax: Ağdağ.

Ağdağ – Culfa rayonu ərazisində dağ (hünd. 1046,3 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin Pilələr qolunun şərqə ayrılan eyniadlı şaxəsində zirvə. Qaradərə çayının sağ sahilində, Dizə kəndindən 1 km şimalda Darıdağ platosunun cənub-şərq ətəyindədir. Üst Paleosenin Tanet mərtəbəsinə aid Ordubad lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, relyefdə kəskin ayrılan konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Dizə  antiklinalının şimal-şərq qanadında yerləşir.[1]

Ağdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1046,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Culfa

Həmçinin bax

redaktə
  • Abdal (dağ)
  • Ağaverdi dağı
  • Acıçeşmə dağı
  • Qoçuludağ

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağdağ_(Culfa)&oldid=6433503"
LOVE.AZ