. Love.az

Asiq Qerib - Wikipedia - Love.az

Ana Səhifə - Asiq Qerib
Bu adın digər istifadə formaları üçün bax: Aşıq Qərib (dəqiqləşdirmə).

Aşıq Qərib (XVI əsr – XVII əsr) — aşıq, şair

Aşıq Qərib
Doğum tarixi XVI əsr
Vəfat tarixi XVII əsr
Fəaliyyəti aşıq, şair
Vikimənbənin loqosu Aşıq Qərib Vikimənbədə

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Aşıq Qəribin həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yazmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir.

Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o Təbrizli bir tacirin oğludur. Atasından sonra gənc və təcrübəsiz olduğu üçün bütün var-dövlətini əldən verir. Anasını və bacısını tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi Qəriblə evlənmək üçün küllü miqdarda mal-dövlət istəyirlər. Qərib sevgilisinə çatmaq üçün uzun zaman qürbətdə yaşayır.

Aşıq Qəribin yaradıcılığı əsasən dastanlar, xalq rəvayətləri antologiyalarında yer almışdır.

Həmçinin bax

redaktə
  • Aşıq Qərib dastanı

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşıq_Qərib&oldid=7298800"
LOVE.AZ