. Love.az

Asiq Sefiyar - Wikipedia - Love.az

Ana Səhifə - Asiq Sefiyar

Aşıq Səfiyar (tam adı. Hüseynov Səfiyar Paşa oğlu; 1920, Daşkənd – sentyabr 1943) – ifaçı aşıq.

Aşıq Səfiyar
Ümumi məlumatlar
Doğum adı Hüseynov Səfiyar Paşa oğlu
Doğum tarixi 1920
Doğum yeri
  • Daşkənd, Yeni Bəyazid qəzası
Vəfat tarixi sentyabr 1943
Vəfat yeri itkin düşüb
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, aşıq
Fəaliyyət illəri 1937-1942
Musiqi aləti saz
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d]

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 İstinadlar
  • 4 Mənbə

Həyatı

redaktə

Hüseynov Səfiyar Paşa oğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır.

1938-ci ildə İrəvan Aşıqlar Qurultayında fəal iştirak etmişdir. Festivalda II yeri tutmuş, döş nişanı ilə təltif edilmişdir.

1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Aşıq Səfiyar 20 yanvar 1942-ci il tarixdə Basarkeçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Hüseynov Səfiyar Paşa oğlu 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür.[1]

Ailəsi

redaktə

Aşıq Səfiyar ailəli idi. Fərək Balış qızı (1924–2006) ilə ailə həyatı qurmuşdur. Məmləkət (1943) adlı qızı var.

İstinadlar

redaktə
  1. ↑ Araz Yaquboğlu. "Ozan dünyası. №2(30)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018. İstifadə tarixi: 2018-12-26.

Mənbə

redaktə
  • [www. Obd-memorial.ru] Гусейнов Сафар Паша-оглы
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşıq_Səfiyar&oldid=7843229"
LOVE.AZ