Aşağı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov kənd inzibati ərazi dairəsində kənd.[2] 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun mərkəzi Aşağı Buzqov kəndi olan Buzqov kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Aşağı Buzqov kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[3]
Aşağı Buzqov | |
---|---|
39°31′00″ şm. e. 45°24′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Kənd Buzqovçayın aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılmışdır. Oykonim Yuxarı Buzqov adının qarşılığıdır. Ərazi adını eyniadlı çaydan almışdır.Aşağı Buzqov // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.</ref>
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Buzqovçayın sahilində, Dərələyəz silsiləsinin cənub yamacında yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 801 | 409 | 392 |
2009[5] | ↗1024 | ↗517 | ↗507 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Aşağı Buzqov kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.