. Love.az

Asagi Surra - Wikipedia - Love.az

Ana Səhifə - Asagi Surra
Bu adın digər istifadə formaları üçün bax: Surra.

Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.

Aşağı Surra
39°29′06″ şm. e. 49°00′34″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Aşağı Surra xəritədə
Aşağı Surra
Aşağı Surra

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
    • 3.1 Tanınmış şəxsləri
  • 4 İqtisadiyyatı
  • 5 Təhsil
  • 6 İstinadlar
  • 7 Ədəbiyyat
  • 8 Həmçinin bax

Tarixi

redaktə

Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. Aşağı Surra bəylər, zadələr ismi ilə tanınır. "Surranın Quru Bəyləri" ifadəsidə məhz bura təkamül edir.

Redaktor: Ağali Sadıqov

Coğrafiyası və iqlimi

redaktə

Kənd Salyan-Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir. Adanın təxmini sahəsi 8 hektardır və sıx meşə zolağı əmələ gətirib.

Əhalisi

redaktə

Kənddə 4338 nəfər əhali yaşayır. (2009)

Tanınmış şəxsləri

redaktə
  • Vüqar Bağırov — Rusiya alimi.

İqtisadiyyatı

redaktə

Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı və balıqçılıq təşkil edir. Əsasən, əkinçilik və maldarlıq sahələri daha çox inkişaf etmişdir. Kənddə suvarılan sahələr becərilir. Əkinçilikdə taxıl, pambıq və yonca əkini əsas yer tutur.

Təhsil

redaktə

Aşağı Surra kəndində təhsil yüksək inkişaf etmişdir. Kənddə Zabil Qabil oğlu Əsgərov adına kənd orta ümumtəhsil məktəbi və Eldar Abbasağa oğlu Rəhmanov adına əsas ümumtəhsil məktəbi yerləşir.[1]

İstinadlar

redaktə
  1. ↑ Respublikanın təhsil müəssisələrinə ad verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti qərarı. Bakı şəhəri, 15 iyun 1995-ci il. № 144[ölü keçid]

Ədəbiyyat

redaktə
  • Firdovsi Tağıyev. Aşağı Surra kəndi. Bakı: "Mütərcim", 2017  (az.)</ref>[1]

Həmçinin bax

redaktə
Neftçala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ↑ Firdovsi Tağıyev - Aşağı Surra Arxivləşdirilib 2017-02-27 at the Wayback Machine. sabahinfo.az, 21.02.2017  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşağı_Surra&oldid=7659659"
LOVE.AZ