. Love.az

Asina Mise - Wikipedia - Love.az

Ana Səhifə - Asina Mise

Aşina Mişe (titulu Bağatur yabqu 莫賀咄葉護[1]) — Tan sülaləsinin işğalından sonra qərb göytürklərinə təyin olunan xaqan. İmperator tərəfindən verilən titulu Hsinqhsivanq xan 興昔亡可汗 (Məhv olunmuşu yüksəldən xan) idi.

Aşina Mişe
阿史那弥射
Tuluların I xaqanı
657 – 662
Əvvəlkiilk yaranma
SonrakıAşina Yuankin
Şəxsi məlumatlar
Vəfat tarixi 662
Fəaliyyəti hərbi qulluqçu
Atası Böri şad
Uşağı Aşina Yuankin
Ailəsi Aşina
Dini Tenqriçilik

Mündəricat

  • 1 Ailəsi
    • 1.1 Oğulları
  • 2 Hakimiyyəti
  • 3 İstinadlar

Ailəsi

redaktə

Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın və Aşina Buçjenin qardaşı idi.

Oğulları

redaktə
  • Aşina Yuankin
  • Aşina Babu - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır.[2]
  • Aşina Poluo - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır.[2]

Hakimiyyəti

redaktə

657-ci ildə Sağ Mühafizlərin sərkərdəliyinə gətirildi. 660-cı ildə Koreyaya qarşı yürüşdə yer almışdı. 662-ci ildə Kuça şəhərinə yürüşdə məğlub olduğu üçün qardaşı Aşina Buçjenin istəyi üzərinə edam edildi. İmperator onun yerinə Aşina Yuankini təyin etdi.

İstinadlar

redaktə
  1. ↑ Eduard Chavannes - Çin qaynaqlarına görə Qərb türkləri, 1903, səh 72.
  2. ↑ 1 2 Yeni Tan Kitabı (《新唐书》郭元振传 )
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşina_Mişe&oldid=6904707"
LOVE.AZ