ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı.[2][3] Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır.[4][5][6] Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır.[7] Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.[1]
«ARY Zindagi» | |
---|---|
![]() Telekanalın rəsmi loqosu | |
Ölkə |
![]() |
Yayım ərazisi | Pakistan |
Dil | Urdu dili |
Baş qərargah | Kəraçi, Pakistan |
Yaranma tarixi | 11 aprel 2014 |
Keçmiş adları | «ARY Zauq»[1] |
Şüar | Zindagi Se Millo (Həyatla tanışın) |
Qardaş kanallar | ARY Digital |
Sayt | aryzindagi.tv |